Açıq Qapı günü toplantısı - FOTO

“Açıq Qapı” günü toplantısı FOTO

Azərbaycan Fotoqraflar Birliyinin Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahında təşkil etdiyi ənənəvi “Açıq Qapı” günü toplantısı 28 Fevral 2016-cı il tarixində saat 15-00-da uğurla başa çatdı. Toplantını AFB-nin idarə heyətinin yaradıcılıq məsələıri üzrə sədr müavini Rauf Umudov açdı. Nəzərinizə çatdıraq ki, fevral ayı üçün elan olunmuş mövzu “ Heyvanlara sevgi və şəfqət“ adlı fotomüsabiqə idi. Mövzunun müəllifi Rauf Umud,müsabiqənin koordinatoru isə Günel Məmmədova idi. Bu dəfə seçimlər fərqli olaraq açıq səs vermə ilə təyin olundu.
 Qeyd edək ki, müsabiqəyə ümumilikdə 25 nəfər həvəskar və peşəkar fotoqraf 67 foto ilə qatılmışdır. Onlardan 11 nəfərin 30 fotosu müsabiqənin şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Şərtlərə görə fotolar müsabiqə elan olunduğu fevral ayında çəkilməli idi. Bu səbəbdən də müsabiqəyə cəmi 14 fotoqrafdan 37 foto qəbul edildi. Nəticə olaraq, səs çoxluğu ilə “ Heyvanlara sevgi və şəfqət“ aylıq fotomüsabiqəsinin qalibləri Nadejda Cavadova, Toğrul Həsənbəyli və Pərvanə Mustafayeva oldu. Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplomla təltif olundu. Müsabiqənin koordinatorluğuna görə Günel Məmmədovaya sertifikat təqdim olundu.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan "Bakı Simaları" adlı foto-müsabiqə haqqında ətraflı məlumat verildi. Fevral ayı üçün “Açıq Qapı” Günü toplantısına yekun vuruldu. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !