KOICA Azərbaycan Ofisində tanışlıq görüşü və təqdimat keçirilmişdir -

KOICA Azərbaycan Ofisində tanışlıq görüşü və təqdimat keçirilmişdir

 12-15 noyabr 2018-ci il tarixlərində Koreyada təşkil olunacaq `Effektiv İnkişaf Əməkdaşlığı üçün Qlobal Tərəfdaşlıq (GPEDC) üzrə Öyrədici və İnkişafetdirici Proqramda (LAP) Azərbaycan Respublikasını təmsil edəcək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi İnkişaf və Əməkdaşlıq şöbəsinin 3-cü katibi cənab Fərid Məmmədov üçün 6 noyabr 2018-ci il tarixində KOICA Azərbaycan Ofisində tanışlıq görüşü və təqdimat keçirilmişdir.

Proqram Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) BMT-nin İnkişaf Proqramının Seul Siyasəti ilə birgə əməkdaşlığı nəticəsində təşkil ediləcək və 2018-ci il üçün qarşıda duran əsas məqsədləri və qarşılıqlı müzakirə ediləcək və bölüşüləcək məlumatları əhatə edəcəkdir. Forum hökumətləri, ikitərəfli və çoxtərəfli təşkilatları, vətəndaş cəmiyyətiləri və özəl sektoru bir araya gətirməklə GPEDC proqramının vəziyyətini qiymətləndirmək, əsas problemləri həll etmək və praktik həllər barədə məlumat mübadiləsi aparmaq məqsədi daşıyır. Bu günə qədər 2014, 2015 və 2016-cı illər olmaqla ümumilikdə üç sessiya təşkil edilmişdir. Bu illər ərzində Azərbaycanı Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (SAPSSİ) rəsmiləri təmsil etmişdir.

GPEDC çoxtərəfli dialoq mexanizmlərinin qurulmasında və gücləndirilməsində ölkələri dəstəkləyərək, lazımi maliyyə resurslarını səfərbər etmək, texnologiya və bilikləri bölüşmək, həmçinin, Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olmaq üçün effektivliyi və təsir gücünü artırmaq məqsədilə maraqlı tərəflərin səylərinə yardım edir.

Qeyd edək ki, KOICA inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramları həyata keçirmək məqsədilə 1991-ci ildə Koreya Respublikası Xarici İşlər Nazirliyinin tabeliyində yaradılmış dövlət agentliyidir. KOICA 1994-cü ildən başlayaraq azərbaycanlı dövlət qulluqçularını müxtəlif təlim və təqaüd proqramlarına dəvət edir. Bu günə olan statistikaya əsasən KOICA məzunlarının sayı 700 nəfərdən çoxdur.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !