Sumqayıt Dövlət Dram Teatrından yeni layihə... - “Sevgilim Sumqayıt”...

Sumqayıt Dövlət Dram Teatrından yeni layihə... “Sevgilim Sumqayıt”...

AZpress.AZ xəbər verir ki,  Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin ilk ayında yeni layihəyə start verəcəkdir. Bildiyimiz kimi gələn il Sumqayıt şəhərinin yaranmasının 70 illik yubileyi qeyd olunacaqdır.
Dram teatrının yeni layihəsi də doğma şəhərimizin yubileyinə həsr olunacaqdır. Layihənin rəhbəri və ideya müəllifi teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, pyesin müəllifi Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Əli Əmirli, quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

“Sevgilim Sumqayıt” adlanan yeni layihə Sumqayıt şəhərinin yaranması, onun ilk sakinlərinin əmək fəaliyyəti, ümumiyyətlə Sumqayıtın dünəni, bu günü və sabahı haqqında bədii, dolğun və təsirli sujet xətti ilə, müxtəlif xarakterli maraqlı obrazlarla zəngin səhnə əsəridir.

Sumqayıt sakini bir qadının həyatından bəhs edən “Sevgilim Sumqayıt” əsərində teatrın gənc və orta nəsil aktyorları rol alacaqlar.

“İnanırıq ki, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş sözügedən bu layihə Sumqayıt Dövlət Dram Teatrı kollektivindən şəhərimizin sakinlərinə layiqli yubiley hədiyyəsi olacaqdır.”- deyə layihə rəhbəri Mübariz Həmidov bildirmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!