Firuz Mustafa özü üçün əsər yazırmış... -

Firuz Mustafa özü üçün əsər yazırmış...

Bir də görürsən ki, hansısa bir qələm əhli (qələmi kompüterlə də əvəz etmək olar) deyir ki, mən oxucu üçün yox, özüm üçün yazıram. Təbii ki, bu da mümkün olan bir haldır. Hərçənd ki, ortaya çoxlu suallar çıxır. Doğrusu, indi mən kiməsə nə o sualları vermək, nə də kimdənsə o suallara cavab gözləmək həvəsindəyəm. Zira bəzən elə mən özüm də “özüm üçün” yazdığımı düşünürəm. Amma bu baxır üz tutduğum janra... Məsələn, adam özünün subyektiv-intim düşüncələrini, gündəliyini, hətta şeiri və s. özü üçün yaza bilər.
Bilənlər bilir, mən daha çox dramaturgiya ilə məşğulam. Buna görə də istər-istəməz nəinki oxucunu, hələ üstəlik tamaşaçını, lap elə rejissoru, bəstəkarı, rəssamı, qrimyoru, hətta qarderobda işləyən xanımı da düşünürəm və ya düşünməliyəm... Yəni həm də onları düşünərək və onlar üçün yazıram. Dramaturgiya elə bir janrdır ki, bu, başqa cür mümkün də ola bilməz.
Yəqin ki, fikrim sizə aydın oldu: əcaba, indi mən durum necə deyim ki, “pyeslərimi özüm üçün” yazıram? Axı bu mümkün düyil. O, həm də tamaşaçılar üçün yazılır axı...
P.S.
Hə, indi yadıma düşdü: mənim də indiyəcən nəşr edilməmiş və ya tamaşaya qoyulmamış bir neçə dram əsərim var ki, onları doğrudan da məhz “özüm üçün” yazmışam. Və düzünü deyim ki, həmin əsərləri heç vaxt heç bir teatra təqdim etmək fikrində deyiləm.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !