Opera Studiyasının zalında Çaykovskinin “Qaratoxmaq qadın” operası səhnəyə qoyulacaq (+FOTO)
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, 8, 11 mart 2019-cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera Studiyasının zalında Çaykovskinin “Qaratoxmaq qadın” operası səhnəyə qoyulacaq.
Tamaşanın quruluşcu dirijoru Azərbaycanın Xalq Artisti, professor Fəxrəddin Kərimov, quruluşcu rejissor Aleksey Smirnov, xormeysteri xalq artisti Gülbacı İmanova, konsertmeyster Yuliya Kərimova, quruluşcu rəssam Elena Bodrovadır.
Tamaşada teatrımızın solistləri, Əməkdar Artistlər Fəridə Məmmədova,, Anton Ferştandt, Səbinə Əsədova, Adil Axundov və başqaları çıxış edəcəklər.
Görkəmli rus bəstəkarı P.Çaykovski 19 fevral 1890-cı ildə Florensiyada olarkən "Qaratoxmaq qadın" operası üzərində işləməyə başlamış və çox qısamüddət ərzində - cəmi 44 günə operanı başa çatdırmışdı. Operanın librettosu dahi rus şairi A.Puşkinin eyniadlı povestinin motivləri əsasında qələmə alınmışdı.
Tamaşanın premyerası 7 dekabr 1890-cı ildə Peterburqda Mariinski Teatrında baş tutmuş və böyük uğur qazanmışdı.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bu xəbəri paylaş

ç ə k i l i ş i və M E D İ A DƏSTƏYİ
www.azpress.az
