Şəmkir rayonu ərazisində 2 tona yaxın çətənə kolu məhv edilib -

Şəmkir rayonu ərazisində 2 tona yaxın çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZpressAZ-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaryağdı kəndi ərazisində bir hektar sahədə yabanı halda bitmiş, çəkisi 1,8 ton olan 1830 çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları məhv edilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !