Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi simpoziumun açılış mərasimi keçirilib + FOTO=7
Bu xəbəri paylaş
Azərbaycan Prezidenti İlham Əliyev in sərəncamı ilə 2019-cu ilin
Azərbaycanda “Nəsimi İli” elan edilməsi çərçivəsində Azərbaycan Respublikası
“Təhsil” Cəmiyyətinin təşəbbüsü, Türkiyənin Nevşehir Hacı Bektaş Vəli
Universiteti və Azərbaycan Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə
həsr edilən elmi simpoziumun açılış mərasimi keçirilib. “I Təsəvvüf Araşıdrmaları
Beynəlxalq Simpoziumu” mövzusunda 09-11 sentyabrda keçirilən tədbirdə Bakı
Uşaq Teatrının da bir qrup nümayəndəsi iştirak edir.
Açılış mərasiminin bədii hissəsində isə Cənubi Azərbaycandan musiqi
qrupu və Bakı Uşaq Teatrının əməkdaşları çıxış edib. Arzu Soltan və Cəlal Baba
“ Arzular”, Nərminə Məhərrəmova və Qurban Əhmədov ““Fly to stay alive”
kompozisiyaları simpozium iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanıb.
Qeyd edək ki, simpozium öz işini sentyabrın 10-u və 11-də davam etdirir. Bakı
Uşaq Teatrının əməkdaşları da həmin tədbirlərdə öz kompozisiyaları ilə çıxış
edəcək.
Bu xəbəri paylaş

ç ə k i l i ş i və M E D İ A DƏSTƏYİ
www.azpress.az






