Bakı Mühəndislik Universitetində İslam həmrəyliyi ilə əlaqədar müşavirə keçirilmişdir - + FOTO

Bakı Mühəndislik Universitetində İslam həmrəyliyi ilə əlaqədar müşavirə keçirilmişdir + FOTO

BMU-nun Azərbaycan multikulturalizmi elm-tədris mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə “İslam həmrəyliyi ili ilə bağlı Azərbaycan multikulturalizmi modelinin tədqiqi, təbliği və tədrisi sahəsində qarşıda duran vəzifələr” mövzusunda ölkə ali məktəblərinin və multikulturalizmin tədqiqi və təbliği istiqamətində fəaliyyət göstərən digər qurumların təmsilçilərinin iştirakı ilə müşavirə keçirilmişdir.


Müşavirədə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA-nın Fəlsəfə İntitutunda yaradılmış Azərbaycan multikulturalizmi şöbəsi, AMEA-nın Folklor İnstitutunda fəaliyyət göstərən Azərbaycan folklorunda multikulturalizm ideyalarını öyrənən qrup, Azərbaycanda çıxan “Multikulturalizm” jurnalının redaksiyası, Yaradıcılıq fondu, ölkə ali məktəblərində yaradılmış Azərbaycan multikulturalizmi kafedralarının rəhbərləri və təmsilçiləri, Bakı Slavyan Universitetində, Azərbaycan Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən “Azərbaycan multikulturalizmi” kafedralarının rəhbərləri, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir dövlət universitetlərinin, Bakı şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət ali məktəblərinin “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərini tədris edən professor-müəllim heyəti iştirak etmişdir. Müşavirədə AzTU-nun dosenti Eyyub Kərimov “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisində “İslam Həmrəyliyi ili” ilə bağlı materiallardan istifadə metodikası”, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi prof. E.Nəcəfov “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinin elmi-metodik təminatı haqqında”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “İslam Həmrəyliyi İli”, eləcə də Azərbaycan multikulturalizmi modelinin öyrənilməsi, təbliği, ölkə daxilində və xarici ölkə universitetlərində tədrisi sahəsində fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İslam həmrəyliyi İli” ilə bağlı görəcəyi işlər və bu sahədə ali məktəblərin iştirakı, AMEA qurumlarının Azərbaycan multikulturalizminin tədqiqi sahəsində perspektiv planları və ali məktəblərlə birgə iş imkanları mövzularında mühazirə-təqdimatla çıxış etmişlər. Eyni zamanda ali məktəb təmsilçilərinin çıxışları dinlənilmişdir.