Rəsulzadənin kitabı yenidən nəşr olunub -

Rəsulzadənin kitabı yenidən nəşr olunub

Məhəmməd Əmin Rəsulzadənin Stalinin ölümündən sonra onunla bağlı bütün xatirələrini əks etdirən kitab yenidən nəşr olunub.

 

Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır.

 

Azərbaycan Xalq Cumhuriyyətinin işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır.

 

Kitab Azərbaycan tarixinin çox əhəmiyyətli dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

 

“Bir Türk Milliyyətçisinin Stalinlə İxtilal Xatirələri” kitabı Turkkitab.Az seriyası ilə Türkiyədə ən yüksək keyfiyyətdə Azərbaycan Cümhuriyyətinin 99-cu ildönümünə töhfə olaraq çap olunmuşdur.