XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunub. Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen”lə görüşüb. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutub. Çempionlar Liqasının himninin ilk dəfə ölkəmizdə səslənməsi ilə başlayan qarşılaşmanın taleyini 1 qol həll edib. İlk yarıda hesabı açan Mahir Mədətov Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını dolduran azarkeşləri sevindirib. Bu qol Azərbaycan çempionuna 1:0 hesablı qələbə qazandırıb. Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq. FOTO ( AZpress.AZ - Nail Əhmədov )
... İLHAM ƏLİYEV
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
BƏXTİYAR SADIQOV: İLHAM ƏLİYEV olduğu kimi
Tarix: 31-12-2016 // saat: 12:33   ... İLHAM ƏLİYEV
Bəxtiyar Sadıqov
 İlham Əliyev isə daim xalqın yanında, onun müstəqilliyi, rifahı, xoşbəxt gələcəyi uğrunda mübarizədədir!..
 Başqalarından müsbət mənada seçilmək, daim yüksəlmək və hamıdan öndə getmək hər bir insanın arzusu, təbii istəyidir. Ancaq nəyisə arzulamaq asan, ona nail olmaq isə qat-qat çətindir və hər adama qismət olmur. Bunun üçün bəzən insanın fərdi qabiliyyəti və həyatda qazandığı bilgiləri belə azlıq edir. Odur ki, fitri istedad sahibi olmaqla yanaşı, min bir əziyyətə qatlaşaraq özünütəsdiqin çətin və maneələrlə dolu yollarında inam, inad və mətinliklə addımlamağı da bacarmalısan.
Bu bir həqiqətdir ki, Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmək, dünya miqyaslı siyasətçi kimi tanınmaq və onun kölgəsindən çıxmaq müşkül məsələ sayılırdı. Səbəb həm də çox sadə idi: Kimin dövlət başçısı seçilməsindən asılı olmayaraq onun özü də, gördüyü işlər də bu siyasət nəhəngi ilə daim müqayisə olunacaqdı. Əslində, ulu öndər Heydər Əliyevdən sonra siyasət meydanında hamının birmənalı şəkildə qəbul etdiyi lider də görünmürdü. Müxalifət partiyaları arasında gedən çəkişmələr, “ana müxalifət” adı uğrunda “barışmaz mübarizə”, “meydan liderləri”nin bir-birini həzm etməməsi və bəyənməməsi sonda onların parçalanmasına, nüfuzlarını itirərək gözdən düşmələrinə səbəb oldu. Çünki partiya liderlərinin hamısı təxminən eyni səviyyədə olmaqla bahəm heç biri hamı tərəfindən qəbul da edilmirdi! Əksinə, hər birini istəməyənlərin sayı istəyənlərdən qat-qat çox idi!
Yalnız İlham Əliyev bu məsələdə istisna təşkil edirdi. O, prezidentliyə iddialılardan bir neçə boy yüksəkdə dayanırdı! Ancaq dövlətə rəhbərliyi dövründə də bu üstünlüyünü sübuta yetirməli idi.

Zaman kimin kim olduğunu göstərir! 2003-cü ilin Prezident seçkilərində xalqın yüksək etimadını qazandıqdan sonra dövlət başçısı işlədiyi qısa müddətdə bu fərq o qədər sürətlə artdı ki, indi Azərbaycanda İlham Əliyevin olduğu yüksəklik kimsə üçün əlçatan deyil!
Bunu həm də xarici sorğu mərkəzlərinin ildə bir neçə dəfə keçirilən nəticələri aydın şəkildə təsdiq edir.
Doxsan faizdən yuxarı reytinq, əslində, başqalarının belə bir niyyətə düşməsinə heç əlyeri də qoymur!

İlham Əliyevin özünütəsdiqi çox qısa müddətdə baş verdi. Ulu öndər Heydər Əliyevdən sonra ölkə xaricindəki maraqlı qüvvələrə güvənərək Azərbaycanda rəhbərliyi ələ keçirmək istəyən aqressiv müxalifət Prezident seçkilərindən dərhal sonra küçələrə çıxaraq iğtişaşlar və özbaşınalıqlar törətməyə, xaos və anarxiya yaradaraq ötən əsrin 90-cı illərindəki “üsulla” - zorakılıqla hakimiyyətə yiyələnməyə çalışdı. Lakin yeni seçilən Prezident güclü əli ilə hamısının burnunu ovdu, sabitliyi pozmaq cəhdinin qarşısını qısa müddətdə, qətiyyət və ustalıqla aldı! Eyni zamanda hamıya göstərildi ki, artıq Azərbaycanda zor gücünə hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyulub!
Yüksək intellekti və xarizması olan İlham Əliyev Heydər Əliyev məktəbində ən çox “dərs keçən” və ən çox öyrənən şəxsiyyətdir!
Dünyanın ən öncül ali təhsil ocaqlarından birini - Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu fərqlənmə diplomu ilə bitirməsi və sonra orada saxlanılaraq müəllim işləməsi böyük diplomatiyanın incəliklərinə dərindən yiyələnməsinə, görkəmli siyasi xadim kimi yetişməsinə “elmi dəstək” olmuşdu.
Cənab İlham Əliyev də yaxşı bilirdi ki, Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən hər kəs daim bu dahi şəxsiyyətlə müqayisə olunacaq, onun göstərdiyi bütün fəaliyyətə bu prizmadan yanaşılaraq qiymət veriləcəkdir!
Əslində, İlham Əliyev bu müqayisəyə və yanaşmaya da hamıdan çox hazır idi!
***

İstənilən dövrdə dövlət başçısının övladı olmaq hər kəs üçün tale qisməti ilə yanaşı, yüksək məsuliyyət və ciddi sınaq da deməkdir! Doğrudur, hərdən bu səbəbdən insan təqsiri olmadan təqiblərə də məruz qala bilir. Ulu öndər Heydər Əliyev Moskvada işləyərkən qəfil xəstələnəndə, Siyasi Bürodan kənarlaşdırıldıqdan sonra təqib və təhlükələrə məruz qalanda İlham Əliyev də daim onun yanında idi, qorxulu günlərdə və məqamlarda birgə addımlayırdılar.
Belə çətinliklərə, düşmənçilik əməllərinə qarşı birgə mübarizədə gələcək dövlət xadimi xeyli yeni təcrübə də topladı.
Bu yerdə maraqlı bir məsələyə də toxunmaya bilmirik. İstər sovet dövrü, istərsə də sonrakı dövrlərdə ölkə rəhbərliyində çalışan yüksək çinli məmurların övladları müxtəlif “ərkəsöyünlükləri”, yaxud qanunpozmaları ilə rəsmi (mətbuatda), yaxud qeyri-rəsmi (ağız söhbətlərində) hallandırılmış, hətta övlada görə atası vəzifədən məhrum edilən, müxtəlif cür cəzalandırılan partiya-sovet rəhbərləri, müxtəlif ranqlı məmurlar da olmuşdu. Lakin İlham Əliyev bir dəfə də olsun valideynlərinə sıxıntı, problem yaşadacaq addımlar atmamış, ailənin imtiyazlarına güvənərək qayda-qanunu pozmamışdır. Nə yeniyetməlik və tələbəlik çağlarında, nə də gəncliyinin sonrakı dövrlərində!
Əksinə, valideynləri və dostları üçün həmişə qürur və fərəh mənbəyi olmuşdur!
Həyatda insan bərkə-boşa düşməli, müxtəlif sınaqlardan çıxmalı olur. Bəzən belə sınaqlar ağır, hətta məyusedici olur. Amma onların verdiyi dərs heç zaman unudulmur və ömür boyu kara gəlir.
Ulu öndər Heydər Əliyev xain Qorbaçovun mənfur əməlləri nəticəsində Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra ailə üzvlərinin də təqibi başlandı. İstedadlı və perspektivli kadr kimi bitirdiyi ali məktəbdə saxlanılaraq gələcək diplomatlara dərs deyən İlham Əliyev atasına görə işdən çıxarıldı... Məsələ heç də işin itirilməsində deyildi, ancaq qərarın subyektivliyi və ədalətsizliyi göz qabağında idi!
Əl-ələ verərək hər şeyə təzədən başlamalı oldular. Heydər Əliyev təqaüdçü, İlham Əliyev isə iş adamı kimi...
Dünya fırlanmaqda, tarix öz gərdişində idi.
Hələ heç kim bilmirdi ki, qarşıda nələr var.
Əslində, tarix özünə gərək olacaq bu şəxsiyyətləri yeni dövrə, yeni missiyaların icrasına, daha çətin və məsuliyyətli imtahana hazırlayırdı!
Artıq qırmızı imperiya çökür, müttəfiq respublikaların SSRİ adlı ittifaqı dağılırdı.
Yenidən azadlıq qazanacaq “köhnə müstəmləkələri” daha çətin sınaqlar gözləyirdi. Azərbaycanın vəziyyəti xüsusilə mürəkkəb və təhlükəli sayılırdı. “Dağlıq Qarabağ problemi” adlı məkrli plan hazırlayaraq meydana atanlar ölkəmizi itaət boyunduruğunda saxlamaq üçün min bir fitnə-fəsad törədir, ərazilərimizi işğal edərək əhalini məcburi köçkün vəziyyətinə salırdılar.
Azərbaycanın nəinki müstəqilliyi, hətta bir dövlət kimi mövcudluğu da sual altında idi. Onu yalnız Heydər Əliyev dühası xilas edə bilərdi!
Xalqın çağırışına biganə qalmayan ulu öndər “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” - deyərək yenidən ölkə rəhbərliyinə qayıtdı. Onu hədsiz dərəcədə çətin və mürəkkəb vəzifələr gözləyirdi. Ölkəni xaos və anarxiya girdabından çıxarmaq, müharibədə atəşkəsə nail olmaq, qanunsuz silahlı dəstələri ləğv etmək, möhkəm və dönməz sabitlik yaratmaq hələ işin yarısı idi. İslahatlar aparmaq, bazar iqtisadiyyatı münasibətlərinə keçidi təmin etmək, ən əsası ölkəni böhrandan çıxarmaq, iqtisadiyyatı dirçəltmək lazım idi. Həm iqtisadi yüksəlişə nail olmaq, həm də ölkənin maraqlarını dünyanın aparıcı dövlətlərinin maraqlarına uyğunlaşdıraraq müstəqilliyi qoruyub saxlamaq zəruri idi. Əvvəlki iqtidarların bütün səylərinə baxmayaraq, bu məsələlərin uğurlu həllinə kömək edəcək neft müqavilələrinin imzalanması mümkün olmamışdı. Ulu öndər məsələnin sürətli həllinə nail olmaq üçün o dövrdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevi də neft danışıqlarına cəlb etdi.
Bu, yeni bir sınaq idi.
Məsələnin çətinliyi bağlanılacaq müqavilələrdə Azərbaycanın milli və dövləti maraqlarının sonadək qorunub saxlanılmasında idi. Çünki dünyanın aparıcı dövlətlərinə məxsus iri neft şirkətləri daha çox fayda götürməyə, öz maraqlarını üstün tutmağa can atırdılar.
Həm də danışıqlar mərhələsini mümkün qədər tez başa çatdırmaq vacib idi.
Gərgin keçən danışıqlar bir neçə dəfə yarıda qırılacaqdı. Məsələyə dərindən bələdliyi və diplomatik məharəti cənab İlham Əliyevə bu vacib missiyanı uğurla başa çatdırmaqda kömək etdi. 20 sentyabr 1994-cü ildə müstəqil Azərbaycan özünün ilk neft kontraktını - “Əsrin müqaviləsi” neft sazişini imzaladı!
Bu, təkcə dövlətimizin yox, həm də bu işə şəxsi töhfəsini verən cənab İlham Əliyevin də qələbəsi sayılırdı!
Növbəti dəfə İlham Əliyev özünü idman sahəsində sınadı.
Keçid dövründə Azərbaycan idmanına da böyük zərbələr dəymişdi. Sahə başlı-başına buraxılmış, qazanılmış əvvəlki uğurlar da itirilmişdi. Belə ki, idman qurğuları və meydançaları dağılmış, təcrübəli idmançılar və məşqçilər başqa ölkələrə gedərək özgə bayraqları altında çıxış etməyə başlamışdı. Hətta respublika stadionu işbazlara verilərək “tolkuçka”ya çevrilmişdi. Nəinki ölkə daxilində müxtəlif yarışlar keçirməyə, idmançıları beynəlxalq yarışlara göndərməyə belə vəsait tapılmırdı. Əslində, Azərbaycan idmanının yenidən və yeni təməllər üzərində qurulması zərurəti yaranmışdı. Dövlətin gənclər siyasəti də bunu tələb edirdi!
Azərbaycan idmançılarının cənab İlham Əliyevi Milli Olimpiya Komitəsinin prezidenti seçməsi ən uğurlu addım oldu.
Yüksək enerji və məsuliyyətlə fəaliyyətə başlayan İlham Əliyev ona göstərilən etimadı qısa müddətdə doğrultdu. Həm də nəinki doğrultdu ölkə idmanını sürətlə inkişaf etdirərək görünməmiş səviyyəyə qaldırdı, Azərbaycanı idman dövlətinə çevirməklə onun dünyadakı imicinə daha bir yeni xarakterik cizgi əlavə etdi.
Bu gün Azərbaycan regionlarında qırxdan çox olimpiya idman kompleksi, ölkə paytaxtında bütün növlər üzrə ən yüksək səviyyəli yarışları keçirməyə imkan verən stadionları, idman qurğuları, sarayları olan və idmanı kütləviliyə çevirdiyi bir ölkədir. Artıq dünya idman federasiyaları yüksək ranqlı yarışlarını burada keçirməyə can atırlar. Azərbaycan I Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi etdi, “Formula-1” yarışlarını uğurla keçirdi və keçirməkdədir. IV İslam Həmrəyliyi Oyunları da növbəti ildə Bakıda baş tutacaqdır. İndi dünyanın bütün ölkələrindən olan idmançılar Azərbaycan bayrağı altında yarışmağı özlərinə şərəf bilirlər. İdmançılarımızın Olimpiya, Paralimpiya oyunlarında, dünya, Avropa birinciliklərində və beynəlxalq yarışlarında qazandıqları medalların sayı-hesabı yoxdur! Təkcə sonuncu XXXI Yay Olimpiya oyunlarında yığmamız 18 medala sahib çıxdı.
Azərbaycana rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyev o qədər iş görərək saysız-hesabsız yeniliklərə imza atıb ki, onların hamısını bir yazıya sığışdırmaq mümkün deyil! Odur ki, ən mühüm dəyişiklikləri və yenilikləri qısaca şəkildə xatırlatmaqla kifayətlənirik.
***

İLHAM ƏLİYEV Azərbaycanın müstəqil daxili və xarici siyasətini müəyyən edən, dünya dövlətləri və beynəlxalq təşkilatlarla münasibətlərdə yalnız dövləti və milli maraqları əsas tutan ən yüksək reytinqli dövlət başçılarındandır. O, yorulmadan, gərgin və səmərəli fəaliyyət göstərməyi, ən yüksək nəticəyə nail olmağı hamıdan yaxşı bacarır. Qısa müddət ərzində Azərbaycanı uğurla dünya birliyinə inteqrasiya edib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünə çevirib, dünyanın maraqları ilə ölkəmizin maraqlarını üzvi surətdə uzlaşdırıb!
İLHAM ƏLİYEV dünyanın ən mötəbər beynəlxalq tədbirlərinin sevilən və arzuolunan dəvətlisinə çevrilib!
İndiyədək dünyanın elə bir dövləti yoxdur ki, onun ən yüksək səviyyəli rəsmisi ölkəmizə qonaq gəlməsin. Azərbaycan həm də beynəlxalq tədbirlərə qonaqpərvərliklə evsahibliyi edən məkandır. Cənubi Qafqazın ən güclü və modern dövləti sayılan Azərbaycanda artıq yeni islahatlara start verilmişdir!
İLHAM ƏLİYEVin iqtisadi sahədə nail olduğu uğurlar saymaqla qurtarmaz! Onun rəhbərliyi dövründə ölkə üzrə ÜDM istehsalı 3 dəfə artıb, işsizlik və yoxsulluq 5 faizədək azalıb. Yeni sahibkarlıq təbəqəsi yaranıb və dövlət qayğısı ilə əhatə olunub. Nəqliyyat, enerji təhlükəsizliyini təmin edən Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizini işə salaraq logistika mərkəzinə çevrilib. Regionların inkişafına xüsusi diqqət yetirən cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası tikilərək ümumi enerji potensialı 6300 meqavata çatdırılmış, 340 körpü və tunel istifadəyə verilmiş, bölgələrdə 4-ü beynəlxalq səviyyəli olmaqla 6, aeroport istifadəyə verilmişdir. Bəzi dövlətlərin əngəl törətmək cəhdlərinə baxmayaraq, cənab İlham Əliyevin şəxsi təşəbbüsü və iradəsi ilə gələn il istismara buraxılacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti həyata vəsiqə qazanmış, yenə də Prezidentimizin qətiyyəti sayəsində TANAP, TAP və “Cənub qaz dəhlizi” layihəsi reallaşdırılmağa başlanmışdır. Azərbaycan dünya kosmos ailəsinin üzvlüyünə qəbul edilmişdir.
İLHAM ƏLİYEV xalqın mədəni və milli-mənəvi dəyərlərinə daim hörmət və ehtiramla yanaşır. Onun gördüyü işlər sayəsində Azərbaycan dünyada tolerant, multikulturalizm ənənələrinə sadiq nümunəvi dövlət kimi tanınır. Xalqımız bütün dinlərə və mədəniyyətlərə eyni gözlə baxır, heç bir ayrı-seçkiliyə yol vermir. Cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə dünyanın ən qədim məscidlərindən biri sayılan Şamaxı məscidi bərpa olunaraq fəaliyyətə başlamışdır. Ölkə paytaxtında sinaqoq, katolik və provaslav kilsələri fəaliyyət göstərir, Şəkidəki Qafqaz Alban kilsəsi, Suraxanıdakı qədim atəşpərəstlik məbədi, Göygöldəki Alman lüteran məbədi təmir edilərək tarixi abidə kimi yaşadılır. Novruz bayramı, Azərbaycan muğamı, saz sənəti, tar ifaçılığı, habelə Qobustan və İçərişəhər tarixi-memarlıq qoruğu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır.
İLHAM ƏLİYEV BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun və digər qurumların tribunasından bacarıqla istifadə edərək xalqımızın və dövlətimizin maraqlarını qoruyur. Onun təklifi və təşəbbüsü ilə müntəzəm şəkildə bir sıra beynəlxalq tədbirlər - Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dünya dinləri liderlərinin Zirvə görüşü, BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumu öz iclaslarını Bakıda keçirir.
İLHAM ƏLİYEV Azərbaycanı başdan-başa yenidən tikib, qurub və abadlaşdırıb. İndiyədək sayı bilinməyən müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərini keçirən ən nadir dövlət başçılarındandır. Regionlara müntəzəm səfərlər edir, daim xalqla, sadə insanlarla birbaşa ünsiyyətə girir. Onun seçimi və zövqü ilə Bakıda bir sıra nadir və müasir memarlıq inciləri yaradılmışdır. Bunların sırasına Heydər Əliyev Mərkəzi, Ginnesin Rekordlar Kitabına düşən Dövlət Bayrağı meydanı, “Üç alov qülləsi” binası, “Büllur saray”, “Dənizkənarı bulvar”, Heydər Məscidi, Milli Gimnastika Arenası, hotellər şəbəkəsi və digərləri daxildir. Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları isə əsrlər boyu Azərbaycan xalqına xidmət edəcəkdir.
İLHAM ƏLİYEVin ən böyük diqqət ayırdığı məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Nüfuzları qayğısına qalmayan BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və həmsədr dövlətlərinin dişsizliyi sayəsində indiyədək problemin sülh yolu ilə çözümünə nöqtə qoymaq mümkün olmamışdır. Dövlət başçısı beynəlxalq aləmdə prinsipial və inadlı fəaliyyəti ilə yanaşı, qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə də qayğı ilə yanaşır. Hakimiyyətinin ilk günlərində “Bir dənə də olsun qaçqın şəhərciyi qalmayacaqdır!” - deyən cənab İlham Əliyev vədinə vaxtından qabaq əməl etmişdir. İndiyədək qaçqın və məcburi köçkünlərin sosial-məişət və mənzil problemlərinin həlli məqsədilə bu sahəyə müxtəlif mənbələrdən 6,1 milyard dollar vəsait xərclənmiş, 95 müasir tipli yaşayış kompleksi və qaçqın şəhərciyi salınmış, 240 min nəfərdən çox qaçqın və məcburi köçkün mənzil şəraitini yaxşılaşdırmışdır. Bu istiqamətdəki işlər yenə də davam etməkdədir.
İLHAM ƏLİYEV sosial layihələrin icrasını daim diqqət mərkəzində saxlayır. Son 13 ildə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilmiş, əsaslı şəkildə təmir edilmişdir. Ölkədə qazlaşdırma 90 faizə çatdırılmışdır. Rayon mərkəzlərinin əksəriyyətinə yeni içməli su xətti çəkilmiş, kanalizasiya sistemi qurulmuşdur. İlk dəfə olaraq Qubanın Xınalıq kəndinə asfalt yol çəkilmişdir. Azərbaycanda demokratik cəmiyyət qurulmuş, mətbuat və söz azadlığı, insan hüquqlarının qorunması təmin edilmişdir. İlham Əliyevin qayğısı sayəsində şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, jurnalistlərə dövlət hesabına tikilərək təmir edilmiş mənzillər, fərdi minik avtomobilləri verilir.
İLHAM ƏLİYEV Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi daim əsgər və zabitlərlə birlikdədir. O, müntəzəm olaraq təmas xəttində olur, ön səngərlərdən düşmən mövqelərini seyr edir, döyüşdə fərqlənən əsgər və zabitləri təltif edir, əsgər yeməkxanalarında onlarla bir süfrə arxasında oturur. İlham Əliyevin Azərbaycan dövləti qarşısında ən böyük xidmətlərindən biri onun ən müasir, güclü, ən yeni texnologiyalara əsaslanan silahlarla təchiz edilmiş ordusunu formalaşdırmasıdır. Bu gün Azərbaycan Ordusu düşmənin istənilən hərbi hədəfini məhv etməyə qadirdir. İlham Əliyevin rəhbərliyi ilə yaradılmış Müdafiə Sənayesi kompleksində 1160 adda silah-sursat istehsal edilir. “Zərbə” pilotsuz uçuş aparatının istehsalı ən böyük nailiyyətlərdəndir. Dördgünlük aprel müharibəsində Azərbaycan Ordusu, onun əsgər və zabitləri nəyə qadir olduqlarını göstərdilər və son 22 il ərzində ilk dəfə düşmənin işğal etdiyi ərazilərin bir parçasını geri qaytardılar, xeyli əraziyə isə nəzarəti bərpa etdilər.
Aprel müharibəsində cənab İlham Əliyev sərkərdəlik məharətini nümayiş etdirdi. Düşmən aldığı zərbədən hələ də özünə gələ bilməyib. Hətta havadarları belə onu şokdan çıxara bilmirlər!
İLHAM ƏLİYEVin qətiyyət və prinsipiallığa, vətən sevgisinə və qədirbilənliyə söykənən yüksək mənəvi keyfiyyətlərini də qürur və məhəbbətlə qeyd etməliyik. Hərdən onun gözlənilmədən atdığı addımlar təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İlham Əliyev protokolun imkan verdiyi bütün görüşlərdə sinədəftər, “konspektsiz” danışır. Nitq və çıxışları səlis, məntiqli və təsirli olur. İndiyədək bir dəfə də olsun artıq söz, qeyri-dəqiq ifadə işlətməyib. Əksinə, onu “çaşdırmaq” istəyən jurnalistlərin boğazını qurudub.
Macarıstan məhkəməsi Azərbaycan zabiti Ramil Səfərov haqqında həddindən çox sərt və ədalətsiz cəza verdikdə cənab İlham Əliyev tam məxfi şəkildə onun vətənə gətirilməsini təşkil etdi, ölkə sərhədini keçən kimi Prezident səlahiyyətlərindən istifadə edərək bağışladı, vəzifə və rütbəsini bərpa etdi.
Düşmən təxribatına cavab verərək böyük şücaət göstərən Mübariz İbrahimovun cəsədinin qaytarılmasına nail oldu, onu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görərək hörmət və izzətlə dəfn etdirdi.
Tədbirlərin birində Türkiyənin arxasınca danışanın ağzından vuraraq “Türkiyə Prezidenti burda yoxdur, amma mən burdayam!” - deyə cavabını verdi!
Budur İlham Əliyev!
Budur mərd və igid sərkərdənin qətiyyəti!
Budur xalqını, dövlətini sevən rəhbərin prinsipial mövqeyi və cəsarəti!
Xalq İlham Əliyev kimi sərkərdəsi ilə fəxr edir!
Bu gün İlham Əliyev nüfuzlu dövlətin nüfuzlu rəhbəridir!
Heç kim bizimlə diktə dilində danışa bilmir!
Heç kimdən asılı deyilik və yalnız dövləti və milli maraqlara xidmət edirik!
Qarşıya qoyulan bütün hədəflərə çatmışıq!
Əsl gücümüz iqtidarla xalqın birliyində, Azərbaycan xalqının yeganə, hamı tərəfindən qəbul olunan liderinə sonsuz məhəbbət və dəstəyindədir!
Xalq sınanmış oğlu İlham Əliyevi sevir!
İlham Əliyev isə daim xalqın yanında, onun müstəqilliyi, rifahı, xoşbəxt gələcəyi uğrunda mübarizədədir!
Onun qələbəsi hər birimizin qələbəsidir!
Uğurlar, təbriklər!


Bəxtiyar SADIQOV
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
TƏŞKİLATLAR - Bəxtiyar Sadıqov
Bəxtiyar SADIQOV: Hər bir əsgər balamdı, hər bir şəhid yaramdı...
Tarix: 28-7-2017 // saat: 14:30
BƏXTİYAR SADIQOV: Güclü ordu, qüdrətli Sərkərdə
Tarix: 26-6-2017 // saat: 14:22
Bəxtiyar SADIQOV : İLHAM ƏLİYEV İslamiadası
Tarix: 13-6-2017 // saat: 20:02
Bəxtiyar SADIQOV : Azərbaycan İslam dünyasının ən güclüsüdür
Tarix: 12-6-2017 // saat: 15:14
Bəxtiyar SADIQOV : Xoşagəlməz mövzuda yazı
Tarix: 24-4-2017 // saat: 14:15
ARXİVƏ BAX »»
XƏBƏR - ... İLHAM ƏLİYEV
Cavadxan QASIMOV : NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SOSİAL-İQTİSADİ İNKİŞAFI ÖLKƏNİN PRİORİTETLƏRİNƏ XİDMƏT EDİR
Tarix: 18-8-2017 // saat: 14:36
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib.
Tarix: 15-8-2017 // saat: 16:11
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib
Tarix: 14-8-2017 // saat: 10:48
Yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevə
Tarix: 13-8-2017 // saat: 01:17
Cavadxan QASIMOV : AZƏRBAYCAN RESPUBLİKASI GÜCLÜ İRADƏ İLƏ HƏDƏFLƏRİNƏ ÇATMAQDADIR
Tarix: 12-8-2017 // saat: 21:55
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
18.8.2017  14:36
Cavadxan QASIMOV : NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SOSİAL-İQTİSADİ İNKİŞAFI ÖLKƏNİN PRİORİTETLƏRİNƏ XİDMƏT EDİR
18.8.2017  14:31
Çinli blogerlər Azərbaycan turizmini təbliğ edir
18.8.2017  13:29
SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda olmuşdur + FOTO
18.8.2017  12:35
Şimali Koreya ABŞ-ın Guam adasına "raket atacağını" deyir
18.8.2017  12:33
Ramiz RÖVŞƏN : SƏNƏ BİR DAŞ ATAR YERİNDƏN DURAN
18.8.2017  11:59
Əflatun Amaşov : “Turan” İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq.
18.8.2017  01:53
Binəqədi rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir + FOTO
18.8.2017  01:21
Azərbaycan Vikipediyaçılarının yay düşərgəsi + FOTO Fərqanə Qasımlı
18.8.2017  01:09
Yerli məhsullarımız "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində təqdim olunacaq
18.8.2017  00:50
Müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək
17.8.2017  23:59
Qəbələ rayonunda növbəti V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək + FOTO
17.8.2017  23:35
“Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili”nə start verildi
17.8.2017  22:32
Barselonada terror aktı törədilib VİDEO-Əsəbi və ürəyi zəiflərin baxmağı məsləhət deyil
17.8.2017  22:27
Ovunu köpək balıqlarına yem etmək istəməyən dalğıcın qanlı mübarizəsi VİDEO
17.8.2017  22:27
18 avqustda gözlənilən hava şəraiti
17.8.2017  22:03
Şou göstərmək istədi,noutbukundan oldu VİDEO
17.8.2017  21:53
Kərtənkələ ölümdən son anda xilas oldu VİDEO
17.8.2017  17:05
Sumqayıt məktəblilərinin unudulmuş qəhrəmanlığı + FOTO
17.8.2017  16:50
General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edib
17.8.2017  16:23
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə tədbiri
17.8.2017  15:27
V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı
17.8.2017  14:45
ADU-ya qəbul olunmuş tələbələrin sənəd qəbulu başlayıb + FOTO
17.8.2017  14:22
Müstəqil “Human” teatrı 7-11 avqust tarixində Türkiyyənin Bartın şəhərində keçrilən teatr festivalında iştirak edib + FOTO
17.8.2017  14:10
Alimlər bədxassəli xalların yaranma səbəbini tapıblar
17.8.2017  13:48
ADAU əməkdaşları xarici mütəxəssislərlə pambıqçılığa dair müzakirələr aparırlar + FOTO
17.8.2017  13:35
17 avqustda gözlənilən hava şəraiti
17.8.2017  13:20
BDU-nun rektoru 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub + FOTO
17.8.2017  09:33
Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparılıb + FOTO
17.8.2017  08:07
“Keşikçidağ” sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş silah-sursat aşkarlanaraq götürülüb + FOTO
17.8.2017  07:49
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Ağcabədinin 9 kəndində suvarma sistemi bərpa edilib + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )
16.8.2017  22:15
İlan ovlayan kobra VİDEO
16.8.2017  22:12
Dünyanın ən böyük böcəyi VİDEO
16.8.2017  22:06
Qadından velosiped üzərində möhtəşəm hərəkətlər VİDEO
16.8.2017  21:51
Qadının cəldliyi onu cinayətkarlardan xilas etdi VİDEO
16.8.2017  21:33
5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...
16.8.2017  21:22
QƏDİM TÜRK ABİDƏLƏRİNİ AXTARIŞINA ÇIXAN EKSPEDİSİYA
16.8.2017  20:55
Bu mahnı “Bir an”da hitə çevriləcək FOTO+VİDEO
16.8.2017  20:22
SALAM RUSIYA !..
16.8.2017  20:11
Cavab görüşündə daha diqqəti və dəqiq oynamağa çalışacağıq. Bizi çox ağır 90 dəqiqə gözləyir.
16.8.2017  19:55
"Düşünürəm ki, “Qarabağ” favoritdi”.
Arxivə keçid >>>
> AVQUST 2017
Mo Di Mi Do Fr Sa So
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Fərqanə Qasımlı
»» Rəhman Orxan
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Aida Eyvazova
»» Nail Əhmədov
»» Maya Quliyeva
»» Bəhruz Məmmədov
»» Foto Məsləhətçi
»» Ağaddin Babayev ( Lənkəran )
»» Məzahir Süleymanzadə
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» ADU - Azərbaycan Dillər Universitetində
»» ATGTİ
»» PREZiDENT İLHAM ƏLİYEV
»» MEHRİBAN ƏLİYEVA
»» CƏNUB XƏBƏRLƏRİ
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
İCTİMAİ
AzTV
MƏDƏNİYYƏT
Türk TV-ləri
LİDER
SPACE
İDMAN
XƏZƏR
ANS
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15522
MƏTBUAT
http://sehm.az