"Zəng" filmi - Təqdimat - VİDEO

"Zəng" filmi - Təqdimat VİDEO

Zəng" kinokomediyası rəhbəri Afət Şeyxəliyev olan "Nano Group Production"ın məhsulu olub, Eldar İmanovun "Qonşuluqda Qısqanclıq" pyesi əsasında Eldar İmanov və Qorxmaz Əlilicanzadənin ssenarisi ilə quruluşcu rejissor Səmimi Fərhad tərəfindən çəkilmişdir.

Filmdə baş verən hadisələr bir binada yaşayan qonşular arasında cərəyan edir. Və baş verən qalmaqalın əsas səbəbi bir qadının zəng edərək qonşular arasında yanlış məlumatlar yayması olur. Bu isə qonşular arasında böyük qalmaqala səbəb olur. Sözün əsl mənasında qonşular bir -birinə dəyir. Sonda isə polis serjantı Məmmədov tərəfindən hər şey üzə çıxır və bu qalmaqalın səbəbkarı bəlli olur. Çox maraq və həyəcan dolu hadisələrin cərəyan etdiyi filmin xronometrajı 72 (yetmiş iki) dəqiqədir.

- Filmin idarə heyəti;

Afət Şeyxəliyev - Direktor
Səmimi Fərhad - quruluşcu rejissor
Qorxmaz Əlilicanzadə - aktoyrlarla iş üzrə rejissor, sserist, aktyor ( Arzu rolu )
Nicat Ələsgərov, Eko Safari - rejissor
Eldar İmanov - ssenarist, aktyor ( Arif rolu)
Firdovsi.A.Nəbiyev - montaj və səs rejissoru
Qrim - Ella

- Aktyor və aktrisalar

Qorxmaz Əlilicanzadə - Arzu obrazı
Eldar İmanov - Arif obrazı
Natiq Fərzəliyev - Qara obrazı
Telli Hüseynova - Safura obrazı
Kəmalə Müzəffər - Pəri obrazı
Mehriban Hüseynova- Nazı obrazı
Nuridə Əliyeva - Arzu obrazı


"Nano Group Production" 2013-cü ildən fəaliyyətə başlamış və qısa zaman ərzində bir çox işlərə imza atmışdır. 2013-cü ildə "Biri vardı Biri yox" teleserialı", "Fırça" filmi və.s