Vladimir Zelenski öz Twitter səhifəsində Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçinin yaradılması ilə bağlı paylaşım edib. -

Vladimir Zelenski öz Twitter səhifəsində Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçinin yaradılması ilə bağlı paylaşım edib.

Ukrayna Prezidenti Vladimir Zelenski öz Twitter səhifəsində Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçinin yaradılması ilə bağlı paylaşım edib.

Qeyd edək ki, belə bir audiobələdçinin yaradılması ilə əlaqədar qarşılıqlı razılıq 2019-cu ilin dekabr ayında, Ukrayna Prezidentinin və ölkənin birinci xanımının Azərbaycana səfəri çərçivəsində Yelena Zelenskayanın Azərbaycan Milli Xalça Muzeyini ziyarəti zamanı əldə edilib. Yelena Zelenskayanın Ukrayna dilinin dünyada geniş yayılması, o cümlədən dünyanın ən iri muzeylərində Ukrayna dilində audiobələdçilərin tətbiq edilməsi layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində yaradılan audiobələdçi Ukraynanın Müstəqillik Günü - 24 avqust 2020-ci il tarixində təqdim olunub.

Sevindirici haldır ki, artıq Azərbaycan Milli Xalça Muzeyini Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı Ukrayna dilində audiobələdçi ilə kəşf edə bilərsiniz. Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin muzeyimiz haqqında ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün səylərini davam etdirir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !