Pünhan Əfəndiyev: - "Arsak"toponimi bizə məxsusdur. Niyə imtina etməliyik".

Pünhan Əfəndiyev: "Arsak"toponimi bizə məxsusdur. Niyə imtina etməliyik".


“Arsak” toponimi ilə bağlı müxtəlif fikirlər söylənilir. Əslində bu adın haylarla heç bir bağlılığı yoxdur. Sadəcə olaraq biz tarixi keçmişimizi tez unudan millətik. Xristian keçmişimizə aid olanlara sahib çıxa bilmədiyimizdən düşmənlərimiz onları asanlıqla özünküləşdirirlər. Sadə bir misal çəkim - Bizim kənddə qədim xristian qəbristanlığı olub və kənd sakinlərindən biri ərazini əkinə yararlı vəziyyətə salarkən xristian qəbirlərini dağıdıb.
Ondan soruşanda:
– Nə üçün qəbirləri dağıdırsan?
Cavabı:
– Üzərlərində xaç işarələri vardı.
Kənddəki kilsələrdəki xaça görə isə bir vaxtlar onları erməni-hay kilsələri hesab edirdilər. Amma kəndə heç vaxt haylar yaşamayıb. Kəndin sakinləri qıpçaq türkləri olub ki, onlar da bir vaxtlar xristian idilər. Bu tarixi faktdır.
Xaç var deyib əcdadlarımıza məxsus olanlardan imtina etmək kimi bir “xəstəliyimiz” var. Biz imtina edirik, düşmənimiz isə bizim imtina etdiyimizə sahib çıxırlar.
Bu yolla da “erməni-hayların ən “müqəddəs milli məşğuliyyəti” ortaya çıxır- Başqalarına məxsus dəyərləri mənimsəmək, özlərini başqa xalqların və mədəniyyətlərin hesabına ucaltmaq və qədimləşdirmək. Bu idbar arzu fenomenal bir şeydir. Ona izah yoxdur. Hətta ənənəvi təbabət də bu erməni xəstəliyi qarşısında acizdir.
Bəli, buna biz imkan yaradırıq. Necə ki, “Arsak” toponiminin bizə aid olmadığını deməklə, hayların ona sahib çıxmağına imkan veririk. Genləri xarab OLAN MİLLƏTƏ DƏ BU LAZIMDIR Kİ, BU TORPAQLARIN ONLARA MƏXSUS OLDUĞUNU İDDİA ETMƏK CƏSARƏTİNİ GÖSTƏRƏ BİLSİNLƏR
Xatırlatma - Arsak Qafqaz Albaniyasının əyalətlərindən biridir. Bir qədər fərqli səslənir deyə imtinamı etməliyik? Bizə məxsusdur axı!

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !