Avtomobillərdə gizlədilən siqaretlər aşkarlandı -

Avtomobillərdə gizlədilən siqaretlər aşkarlandı

Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.



Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobilləri saxlanılıb.



Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.



Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2200 ədəd "Marlboro Edge" markalı siqaretlər aşkar edilib.



Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !