Azərbaycanda koronavirusa qarşı peyvənd kimlərə vurulacaq? - - AÇIQLAMA

Azərbaycanda koronavirusa qarşı peyvənd kimlərə vurulacaq? - AÇIQLAMA

Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır:
“Hazırda dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq”. modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !