Göygöldə unudulan tarixi abidə nəzarətə götürüləcək - - FOTO

Göygöldə unudulan tarixi abidə nəzarətə götürüləcək - FOTO

Daha əvvəl Göygöl rayonu, Çaykənd kəndində yerləşən Alban kilsəsinin baxımsız vəziyyətdə olması ilə bağlı məlumat vermişdik. Sözügedən abidənin daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq dövlət orqanlarına müraciət ünvanlanacaq.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Göygöl rayonunun Çaykənd kəndində yerləşən məbədlər dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer almayıb.

Bu məqsədlə məbədin müvafiq siyahıya əlavə edilməsi üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunmuş abidə qismində nəzərdən keçirilir.

Məbəddə monitorinq aparılaraq müvafiq məlumatlar toplanılıb, qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi sənədlər hazırlanıb. Dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq dövlət orqanlarına müraciət olunacaq. Məbəd bərpa-konservasiya olunması üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulan layihələrin siyahısına əlavə olunub.

Qeyd edək ki, bu tipli kiçik kilsələrdən qala, qalaça, körpü, məbəd və abidələrdən rayonun bir neçə yerində mövcud olduğu deyilir. Məbəddən təxminən 10 metr aralıda isə girişi demək olar ki, dağıntılar altında qalan kiçik mağara var.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !