Zaqatalada iribuynuzlu mal-qara güllələnib - -FOTO=3

Zaqatalada iribuynuzlu mal-qara güllələnib -FOTO=3

Zaqatalada iribuynuzlu mal-qara güllələnib.

Rayonun Muğanlı kənd sakini Rəsul Həsən oğlu Musayevin APA-ya verdiyi məlumata görə, ötən gün axşam saatlarında ona məxsus iki baş inək naxırdan qayıtmayıb. Bunu görən R.Musayev heyvanların axtarışına başlayıb.

R.Musayev kənd ərazisində inəklərin güllələnmiş cəsədlərini tapıb. O, bu barədə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !