Tarixin yaddaşı unudulmur: - Faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunur adlı növbəti regional onlayn seminar keçirilib.(FOTO=12)

“Tarixin yaddaşı unudulmur: Faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunur” adlı növbəti regional onlayn seminar keçirilib.(FOTO=12)

24 sentyabr 2020 – ci ildə MSXƏEBM tərəfindən Lənkəran, Lerik, Astara rayonlarının muzey müəssisələrində və Heydər Əliyev Mərkəzlərin çalışan əməkdaşlar üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2020-ci ilin II yarımilinin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar “Tarixin yaddaşı unudulmur: Faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunur” adlı növbəti regional onlayn seminar keçirilmişdir. Tədbirdə 1941-45 ci illərdə baş vermiş Böyük Vətən Müharibəsinə və müharıbədə qələbənin əldə olunmasında Azərbaycan xalqının igid oğul və qızlarının qəhrəmanlıqlarından, habelə Azərbaycanın mədəniyyət və elm xadimlərinin xidmətlərindən söhbət açılmış, vurğulanmışdır ki, 1941-1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Azərbaycanın Bakı nefti ilə cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Azərbaycanın payına düşürdü.
Akademik Y. Məmmədəliyev öz kəşfi ilə II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.
Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. Milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir.
Bundan başqa Azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşizmə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər və beləliklə, həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.
Tədbir zamanı qeyd olunan faktlara aid maddi sübutların – müxtəlif vaxtlarda Mərkəzimizin bərpaçı–rəssamları tərəfindən bərpa olunmuş nadir muzey əşyalarının bərpasını əks etdirən fotoşəkillərindən ibarət təqdimat nümayiş etdirilmiş, bu unikal əşyaların qorunub saxlanmasında muzey əməkdaşlarının rolu və vəzifələri vurğulanmış, düzgün mühafizə üçün zəruri tədbirlər haqqında tövsiyələr verilmiş, fikir mübadiləsi aparılmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !