Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu adlı onlayn konfrans keçiriləcək. -

“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu” adlı onlayn konfrans keçiriləcək.

Cari ilin 25 sentyabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Samux və Lənkəran Heydər Əliyev Mərkəzlərinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu” adlı onlayn konfrans keçiriləcəkdir.
Tədbirə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müvafiq dəstək göstərir. Konfransda Azərbaycan Respublikanın regionlarda fəaliyyət göstərən Samux, Lənkəran, Yevlax İsmayıllı, Quba, Şabran, Astara, Zaqatala, Balakən, Tovuz, Salyan, Masallı, Ağdam, Abşeron, Yardımlı, Beyləqan, Ucar, Siyəzən, Qəbələ, Qusar, Lerik, Qaradağ, Oğuz, Şəmkir, Qax, Cəlilabad, Ağdaş, Ağstafa, Daşkəsən, Göygöl, Zərdab, Qazax Heydər Əliyev Mərkəzləri rəhbərlərinin iştirakı planlaşdırılır.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndəsi açacaq, Heydər Əliyev Mərkəzlərinin fəaliyyəti, Azərbaycan mədəniyyətinin təbliği işində sözügedən mərkəzlərin həyata keçirdiyi layihələr barədə məruzə edəcəkdir.
Onlayn konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri görülmüş işlərə dair hesabatla çıxış edəcək, habelə milli mədəniyyətimizin təbliği istiqamətində Mərkəz tərəfindən həyata keçirilən layihələr barədə məlumat verəcəkdir.
Konfrans çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Nuranə Həsənova, Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, İsmayıllı Heydər Əliyev Mərkəzinin direktoru Mail Fərəcov, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Salyan Heydər Əliyev Mərkəzi direktoru Nübar Bayramova məruzə ilə çıxış edəcəklər.
Keçiriləcək konfransda Azərbaycan mədəniyyətinin, ölkəmizin qazandığı nailiyyətlərin təbliği, Azərbaycanın haqq işinin dünyaya çatdırılması, qeyd edilən istiqamətlərdə mərkəzlər arasında əməkdaşlıq, təcrübə mübadiləsi, gələcəkdə əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi və s. məsələlərin müasir tələblərə uyğun təşkili məsələləri üzrə fikir mübadiləsi nəzərdə tutulmuşdur.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !