Akademik Adil Qəribovun biblioqrafik göstəricisi hazırlanıb -

Akademik Adil Qəribovun biblioqrafik göstəricisi hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) akademik Adil Qəribovun biblioqrafik göstəricisini hazırlayıb.
AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik Rasim Əliquliyev, ixtisas redaktoru və məsləhətçisi MEK-in direktoru Sevil Zülfüqarova, tərtibçiləri k.e.d., prof. Teymur Ağayev, fil.ü.f.d., dos. Şəhla Tahirqızı, k.ü.f.d. Cəlal Nağıyev, f.ü.f.d. Günel İmanova, Aydan Qəribli və Səbinə Məmmədovadır.
Biblioqrafik göstəricidə akademik Adil Qəribovun həyatı və elmi fəaliyyət istiqamətləri haqqında məlumatlar əks olunub.
Biblioqrafik məlumat kitabı nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, atom-hidrogen energetikası və digər sahələrdə elmi-tədqiqat aparan alim və mütəxəssislər, doktorantlar, ali məktəb müəllimləri, tələbələr, eləcə də bu sahə ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından nəşr olunan biblioqrafik göstərici AMEA-nın “Elm” nəşriyyatında işıq üzü görüb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !