Masallıda yeni tədris ili, yeni şagirdlər - -FOTO=8(AZpress.AZ Əlihüseyn Şükürov, Masallı)

Masallıda yeni tədris ili, yeni şagirdlər -FOTO=8(AZpress.AZ Əlihüseyn Şükürov, Masallı)

Yeni dərs ili başlanan gündən Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və əməkdaşları rayonun 44 məktəbində olmuşlar.
Əməkdaşlar təhsil müəssisəsində olarkən mövcud vəziyyətlə tanış olmuş, ara məsafəsi saxlamış, pandemiya şəraitində dərslərin keçirilmə formasını müşahidə etmiş və müvafiq tapşırıqlarını vermişlər.
Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov bidirmişdir ki, məktəb rəhbərlərinə tədris və təlim-tərbiyə prosesinin xüsusi karantin rejinin tələblərinə uyğun təşkili, təhsilalanların mütəmadi olaraq “Dərs vaxtı” teledərslərinə və “Virtual məktəb” layihələrinə qoşulmalarına nəzarət etmək, aidiyyati dövlət qurumları ilə birlikdə təhsil müəssisələrində dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi həyata keçirilməsi tapşırılmışdır.


ƏLİHÜSEYN ŞÜKÜROV.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !