RSXM-nin baş direktorunun yeni kitabı çıxıb -

RSXM-nin baş direktorunun yeni kitabı çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin “Ощутимые землетрясения Азербайджана за период 2003-2008 гг.” adlı monoqrafiyası işıq üzü görüb.


“Elm” nəşriyyatında çap edilən kitab Azərbaycan ərazisinin seysmikliyinə həsr olunmuşdur.Tədqiq olunan illər üzrə zəlzələlərin kinemetrik və dinamik parametrlərinin analizi aparılmış, hiss olunan və güclü zəlzələ ocaqlarının tektonik bağlılığı göstərilmiş və onların makroseysmik sahələrinə baxılmışdır.
Kitabda  geomaqnit sahəsi gərginliyinin lokal anomaliyalarının seysmikliklə əlaqəsi və seysmomaqnit effekti xassələrinin zəlzələ ocaqları mexanizmindən asılılığı haqqında yeni məlumatlar da öz əksini tapmışdır.


Geomaqnit sahəsinin gərginlik artımı qradientinin, uzununa və eninə seysmik dalğa nisbətlərinin analizi əsasında seysmogen sahələrdə Yer qabığının gərginlik vəziyyəti qiymətləndirilmişdir.


Kitabın son fəsli yeni seysmoloji tədqiqatların nəticələri əsasında Böyük Qafqaz meqantiklinoriyası, Kür depressiyası və Kiçik Qafqazın Öntalış sahəsinin müasir geodinamikası məsələlərinə həsr olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !