ADBTİA-nın güləş zalı yenidən istifadəyə verilib - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

ADBTİA-nın güləş zalı yenidən istifadəyə verilib -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) əsaslı təmir olunan güləş zalı yenidən istifadəyə verilib. Azərbaycan Güləş Federasiyasından (AVF) aldığımız məlumata görə, bu gün zalın açılış mərasimi keçirilib. Mərasimində Gənclər və İdman Naziri Azad Rəhimov, AVF-nin prezident əvəzi Namiq Əliyev və ADBTİA-nın rektoru Fuad Hacıyev iştirak edib. Onlar zalda aparılan yenidənqurma işləri ilə yaxından tanış olublar. Ümumi sahasi 402 kv m olan güləş zalı məşq zamanı tələbələrin fiziki dözümlülüyünün artırılması üçün xüsusi müasir avadanlıqlarla da təchiz olunub. Güləş zalında həmçinin uzun illər akademiyada fəaliyyət göstərən "İdmanın təkmübarizlik növləri" kafedrasının müdiri professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə də yaradılıb və xatirə lövhəsi asılıb.Qeyd edək ki, zalda fiziki hazırlıqla məşğul olmaq üçün trenajor alətləri, kanatlar və nərdivanlar da mövcuddur.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !