Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ev 91-in yaxınlığında 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub - - FOTO

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ev 91-in yaxınlığında 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub - FOTO

2020-ci il 25 Sentyabr tarixində saat 10:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ev 91-in yaxınlığında 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.



Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri, Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə C.Qurbanov küçəsi 95 ünvanına baxış keçirilmişdir. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində döyüş tətbiqinə yararsız olan 2 ədəd əl qumbarası (F-1 və RQ-42) və 1 ədəd UZRQM partladıcısı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.



Əl qumbaralarının və partladıcının ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !