Bu gün hələ heç kimin maşınını döyüşə aparmırlar - -Sənan Nəcəfov yazır

Bu gün hələ heç kimin maşınını döyüşə aparmırlar -Sənan Nəcəfov yazır

Elməddin Muradlı "pick-up" ban növlü avtomobillərin yol polisi tərəfindən yığılması bağlı əjdaha söhbət edib:
- Bu gün hələ heç kimin maşınını döyüşə aparmırlar. Bu, sadəcə qeydiyyata alınan nəqliyyat vasitələridir. Ola bilsin ki, haradasa qaydalarda müəyyən bir boşluq olub, vaxtında bunu qeydiyyata almayıblar və bu gün qəflətən belə bir məsələ çıxır ortalığa. Ola bilsin ki, aidiyyatı qurum başqa bir aidiyyatı quruma müraciət edir ki, mənə məlumat verin görək bizim hərbi təyinatlı nə qədər nəqliyyat vasitəmiz var, döyüş bölgəsində lazım olsa bizə neçə nəqliyyat vaitəsi kömək edə bilər. Və birdən-birə məlum olur ki, bunun "uçot"u yoxdur, indiyə qədər olmayıb. Ona görə də qeydiyyatın aparılması üçün bu avtomobillər saxlanılır, duracağa qoyulur ki, orada texniki parametrlər yoxlanılsın - əlverişlidir, yoxsa yox. Köhnə sınıq-salxaq maşını kimdir döyüşə aparan?! Sadəcə qeydiyyata alıb, sonradan onu yenə də vətəndaşa qaytarırlar.
*Yaxşı cəhəti odur ki, insanlar var özü gəliblər Azneft meydanında, digər yerlərdə yol polisi əməkdaşlarına yaxınlaşıb açarı təqdim edirlər ki, "Maşın sizə qurbandır. Hara deyirsiniz sürüb aparın. Qaytaranda da zəng edib yerini deyərsiniz gedib götürərik". Bu cür insanlar da var, qeyrətli oğlanlarımız var.
* İki gün qabaq bir nəfər gəlib cərimə meydançalarından birinin qarşısında dayanıb ki, "Maşında bir kisə pul var. Mənim maşınım "pick-up" deyil, haradan deyirsiniz gedək alım verim orduya". Orada biri gəlib səs-küy salıb ki, "Mənim çörək maşınımdır". Çağırıb ki, "Qardaş, maşınının pulu nə qədərdir mən verirəm. Maşına dəymə, qoy qalsın burada. Bu maşını ver dövlətə".
* Belə nümunələri də danışmaq lazımdır, bunları da üzə çıxarmaq lazımdır ki, halal olsun, həqiqətən belə insanlarımız var. Gətirib öz maşınını könüllü şəkildə verir. Tək-tük adamlar ola bilər ki, qaça, yayına. Belələri bütün dövrlərdə olub. Amma nəzərə almaq lazımdır ki, bu maşınlar döyüş bölgəsinə aparılsa, o zaman dövlət bunun pulunu ödəyəcək. Burada qorxulu bir şey yoxdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !