Yığmamızın üzvü Rusiyada fərqlənib - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Yığmamızın üzvü Rusiyada fərqlənib -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Qadın voleybol klublarının mübarizə apardığı Rusiya Superliqasında ikinci turun oyunları keçirilib. Tur yığmamızın üzvü Kristina Yaqubovanın formasını geyindiyi "Lipetsk" klubu üçün uğulu olmasa da voleybolçumuz turun fərqlənən oyunçularından biri olub. Belə ki, "Lipetsk"nin səfərdə "Proton"a 3:2 hesabla uduzduğu qarşılaşmada Yaqubova Servisdən 3 xal toplamaqla bu nominasiyada oyunun ən yaxşısı seçilib. Turda keçirilən bütün oyunlar üzrə isə o, yalnız "Uraloçka"-nın voleybolçusu Yelizavet Kotovodan (5 xal) geri qalıb. Xatırladaq ki, Yaqubovanın komandası 1-ci tur çərçəvəsində isə "Uraloçka"nı səfərdə eyni hesabla udmuşdu. Beləliklə, ilk iki turdan sonra 3 xal qazanan "Lipetsk" yarış cədvəlində 7-cidir. Yeri gəlmişkən yığmamızın daha bir üzvü Marqarita Əzizovanın "Minçanka" klubu isə bir oyundan sonra (1-ci turda Krasnodar "Dinamo"suna 0:3 hesabla uduzub) 15 komanda arasında 11-ci yerdədi.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !