Gənclər ətraf mühitin qorunmasına diqqət çəkiblər - - FOTO

Gənclər ətraf mühitin qorunmasına diqqət çəkiblər - FOTO

Azərbaycan Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyi BMT75 təşəbbüsü çərçivəsində növbəti mövzu - ətraf mühitin qorunmasına  dair görüş təşkil edib. Onlayn formatda təşkil edilmiş tədbir fəal gənclər, o cümlədən fiziki məhdudiyyətli şəxslərin iştirakı ilə baş tutub.


Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Keçirilən görüşün məqsədi də insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır. Tədbir zamanı insanların təbiətə münasibəti dəyişməli olduqları, təbii ehtiyatlardan səmərəsiz istifadəyə son qoyulmadığı halda bunun arzuolunmaz nəticələrə gətirib çıxaracağı barədə müzakirələr aparılıb.
 

İştirakçılar bu mövzuda hər bir fərdin diqqət etməli olduğu məqamları bildirib,  ətraf mühitin mühafizəsi və bu sahədə təbliğat işləri üçün öz təkliflərini irəli sürüblər.


Qeyd edək ki, bu dialoqlar zamanı səslənən fikir və təkliflər BMT 75 prosesinin hədəflərindən biri olan “Baxış 2045” (Vision 2045) qlobal sənədinin hazırlanmasına  töhfə olacaqdır. Bu görüşlərlə yanaşı, BMT75 çərçivəsində başlanmış qlobal sorğuda da iştirak edərək, hər kəs gələcəyə dair öz rəy və təkliflərini bildirə bilər: https://un75.online/?lang=aze.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !