Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu adlı onlayn konfrans keçirilib - -FOTO=13

“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu” adlı onlayn konfrans keçirilib -FOTO=13

25 sentyabr 2020-ci il tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Samux və Lənkəran Heydər Əliyev Mərkəzlərinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu” adlı onlayn konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib.
Konfransda Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən Samux, Lənkəran, Yevlax, İsmayıllı, Quba, Şabran, Astara, Zaqatala, Balakən, Tovuz, Salyan, Masallı, Ağdam, Abşeron, Yardımlı, Beyləqan, Ucar, Siyəzən, Qəbələ, Qusar, Lerik, Qaradağ, Oğuz, Şəmkir, Qax, Cəlilabad, Ağdaş, Ağstafa, Daşkəsən, Gəncə, Göygöl, Zərdab, Bərdə, Sabirabad, Xızı, Qazax, Kürdəmir Heydər Əliyev Mərkəzləri rəhbərlərinin iştirak ediblər.
Bütün tədbir iştirakçılarını salamlayan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Heydər Əliyev Mərkəzlərinin müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin ideologiyasının daşıyıcısı olmaqla yanaşı eyni zamanda zəngin Azərbaycan mədəniyyətinin ən fəal təbliğatçıları olduğunu vurğulayıb. O, keçirilən konfransın əhəmiyyəti barədə danışıb və bildirib ki, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə Azərbaycanda regionlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri arasında ilə ilk dəfə olaraq bu cür tədbir keçirilir. Konfransda gələcək əməkdaşlıq və birgə koordinasiyalı fəaliyyət barədə danışan N. Həsənova əməkdaşlığın daha səmərəli modelinin qurulmasının faydalı olacağını bildirib.
Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sektor müdiri Yaşar Hüseynli Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyət siyasəti, Mədəniyyət Nazirliyin strukturuna daxil olan müəssisələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə aparılan islahatlar barədə məlumat verib.
Y. Hüseynli ölkədə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və muzeylərinin fəaliyyətinin əlaqələndirilməsi üçün Nazirlik tərəfindən xüsusi portalın yaradıldığını, həmçinin ölkədəki Mərkəzlərin fəaliyyəti, mövcud vəziyyət və perspektivlər haqqında fikirlərini bölüşüb. O, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin yaranmasının 10 illiyi münasibətilə təbrik edib və Mərkəzin fəaliyyətini yüksək qiymətləndirildiyini söyləyib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyətinin, ölkəmizin qazandığı nailiyyətləri, habelə Azərbaycanın haqq işi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu və vəzifəsindən danışıb.
O, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasının gənc nəslə təbliği barədə danışaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və I vitse prezident Mehriban xanım Əliyeva tərəfindən ölkə mədəniyyətinə böyük qayğı göstərildiyini, dünyanın aparıcı ölkələrində böyük layihələrin həyata keçirildiyini, Azərbaycan mədəniyyət günlərinin keçirildiyini, bu istiqamətdə uğurlu layihələrin davam etdiyini söyləyib. O, Mərkəzin ötən 10 ildə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər barədə məlumat verib. S. Abbasov Azərbaycan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri ilə birlikdə gələcəkdə daha sıx əlaqələrin, əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın müxtəlif ali məktəblərində yaradılan ocaqları, Özbək mətbuatı ilə sıx əməkdaşlıq, Azərbaycana təşkil olunan mediaturlar, çoxsaylı nəşr layihələri, konfranslar, dostluq konsertləri, Azərbaycan mədəniyyət günləri, “qardaşlaşmış şəhərlər” haqqında müqavilələr və s. işlər barədə məlumat verib.
Daha sonra bir neçə Mərkəz direktorlarınin çıxışları dinlənilib. Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, İsmayıllı Heydər Əliyev Mərkəzinin direktoru Mail Fərəcov, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Seyidova Dürriyə, Salyan Heydər Əliyev Mərkəzi direktoru Nübar Bayramova öz çıxışlarında Heydər Əliyev Mərkəzlərinin Azərbaycan mədəniyyətinin təbliğində həyata keçirdiyi işlər və layihələr haqqında danışaraq, dövlət siyasətinin, təbliğatı işlərin, milli mədəniyyətimizin təbliği istiqamətində görülən işlərə dair məruzələr etmişlər.
Konfransda iştirakçılar ulu öndərin ideyaları, onun müstəqil Azərbaycanın memarı kimi müstəsna xidmətləri, Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığının möhkəmləndirilməsində xidmətləri barədə fikirlərini bölüşüblər. Çıxışçılar Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın Fərqanə vilayətinin Riştan şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirildiyini, Lənkəran və Buxara şəhərləri arasında da bu cür layihəyə start verilməsi və s. layihələr barədə məlumat veriblər.
Sonda Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov gələcək əməkdaşlıq və birgə layihələrə dair təkliflərini səsləndirib və bu istiqamətdə gələcəkdə Heydər Əliyev Mərkəzləri arasında birgə iş planının təsdiq edilməsinin vacib olduğunu söyləyib. O, göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib.
Konfransın yekununda Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorlarınin Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin yaranmasının 10 illiyi münasibətilə hazırladığı təbrik videoçarxı nümayiş etdirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !