Heydər Əliyev Fondunun 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı səbailli gənclərə töhfəsi -

Heydər Əliyev Fondunun 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı səbailli gənclərə töhfəsi

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Səbail rayon sakini, valideyn himayəsindən məhrum olmuş Tofiq Əhədovun toy mərasimi keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, “Neolit” şadlıq sarayında təşkil olunan mərasimdə Heydər Əliyev Fondunun nümayəndələri, rayonun istehsalatda, təhsildə, biznes və idman sahələrində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edən Fondun nümayəndəsi Məhəbbət Mehdiyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyini hər mənada güclü görmək istədiyini, məhz ulu öndərin Sərəncamı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yarandığını, 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edildiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, gənclərin, gələcək nəslin problemləri və onların həll edilməsi Prezident İlham Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Yeniyetmə və gənclərlə aparılan işlərin Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılmış, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verilmişdir. Mərasimin keçirilməsi ilə bağlı bütün hazırlıq və təşkilatı məsələlərin Heydər Əliyev Fondu tərəfindən görüldüyü qeyd edilmişdir.
Fondun nümayəndələri M.Mehdiyeva və İ.Mustafayev yeni ailə həyatı quran gənclər – Tofiq və Elinanı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından təbrik etmiş, onlara xoşbəxtlik və ailə səadəti arzulamışlar. Fond tərəfindən gənc ailəyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tofiq Əhədov ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Tədbirdə Səbail rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncinə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimdə tanınmış incəsənət xadimləri çıxış etmişlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !