İranda bütün dini tədbirlər ləğv edildi -

İranda bütün dini tədbirlər ləğv edildi

 İran Prezidenti Həsən Ruhani koronavirus pandemiyası ilə əlaqədar ölkədə ənənəvi dini ziyarətlərə və hər il keçirilən İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunan yürüşlərin ləğv edildiyini bəyan edib.

İranın dövlət başçısı  İranın dövlət televiziyasında çıxışı zamanı kütləvi tədbirlərin keçirilməyəcəyini deyib.

Həmçinin İranın ali dini lideri Əli Xameneinin nümayəndələri dini tədbirlərin evdə keçirilməsinə dair tapşırıq verib.

Qeyd edək ki, hazırda İranda pandemiyanın ikinci dalğası yaşanır və hər gün orta hesabla 140-150 nəfər virusdan ölür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !