Ağcabədinin kəndlərində onlarla ev dağılıb, yaralananlar var. - AZpressAZ Mais Ibrahimov, Ağcabədi (FOTO=51)

Ağcabədinin kəndlərində onlarla ev dağılıb, yaralananlar var. AZpressAZ Mais Ibrahimov, Ağcabədi (FOTO=51)

İşğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin, eləcə də dövlət əmlakına külli miqdarda ziyan vurulub.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, düşmənin artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Göyük, Hacılar, Minəxorlu, Arazbar, Yuxarı Qiyaməddinli, Poladlı, Biləğan, Sarıcalı, Boyat kəndlərində onlarla ev dağılıb, yaralananlar var. Həmçinin infrastruktura ziyan dəyib, mal-qara tələf olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !