Gülağa Tənha - TƏKİ OĞLUN-QIZIN SAĞ OLSUN, VƏTƏN!

Gülağa Tənha TƏKİ OĞLUN-QIZIN SAĞ OLSUN, VƏTƏN!

Gülağa Tənha TƏKİ OĞLUN-QIZIN SAĞ OLSUN, VƏTƏN!

 

 

Ölkəmi gör kimlər hədəf seçiblər,
Nə qədər yağının gözü var burda.
Bu boyda dünyada kömək olmazmış
Torpağı, hüququ alınan yurda…
Sənin ki, bu qədər düşmənin varmış,
Sənə ki, bu qədər gözlər dikilib,
Demək,
doğrudan da yoxdur əvəzin,
Demək,
doğrudan da boldur sərvətin,
Səni yeni-yeni sınaqlar gözlər.
Təki oğlun-qızın sağ olsun, Vətən.
Qalxsınlar ayağa çiyin-çiyinə,
Hər biri uca bir dağ olsun, Vətən.
Alsınlar geriyə hər qarışını,
Sənin haqq işində Uca Yaradan
Sənə dayaq olsun,
yar olsun, Vətən!

 

 

 

 


Yazılan şeirlərin qeydlərində xüsusi yazılma günü qeyd edilsə də onların ən əsas dünyaya gəlmə tarixləri, el arasında deyildiyi kimi sözün yerinə düşməsi günüdür. Xeyriyyəçi-şair Gülağa Tənha 1993 ildə yazdığı " Təki oğlun-qızın sağ olsun, Vətən" şeiri bu günün şüuarı, deyimi və duasıdır. Azərbaycan torpaqlarımızın işğalı olunmuş ərazilər uğrunda döyüşən hər bir əsgər, çavuş, gizir və zabitlərimizə Allahdan qüvvət və salamatlıq diləyirik. Diləyirik ki, Ermənistan öz səhvlərini başa düşüb, təslim olaraq Qarabağ torpaqlarımızı təhvil versin. Buna görə heç bir digər xalqlar onları qınamayacaq əksinə, gec də olsa etdiyinizi, düz elədiniz deyəcəkdir. Bunlar olmadığı halda Azərbaycan igidləri hər bir qarış torpağı uğurunda cəsarətlə, sevə-sevə döyüşəcəkdir!

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ #şeir #sheir 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !