Yapon muğənni Yaşa, Yaşa Azərbaycan dedi -

Yapon muğənni “Yaşa, Yaşa Azərbaycan” dedi

Yapon muğənni Kyoko Yamamoto facebook sosial şəbəkəsində Azərbaycana  münasibətini, sevgisini yazaraq ölkəmizə dəstək nümayiş etdirib. O qeyd edib ki, “İlk dəfə Azərbaycana 2014-də getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim. 2018-ci ildə yenidən Azərbaycana getmişəm və Heydər Əliyevin anım mərasimində iştirak etmişəm. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın...Yaşa, Yaşa, Azərbaycan!”

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !