Dövlət Gömrük Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib -

Dövlət Gömrük Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Dövlət Gömrük Komitəsi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.


Dövlət Gömrük Komitəsinin əməkdaşları könüllü olaraq əmək haqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.


Dövlət Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!


Qarabağ Azərbaycandır!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !