Aslan İsmayılov: - "Bu Komanda Azərbaycan Xalqı üçün hələ çox işlər görəcək!"

Aslan İsmayılov: "Bu Komanda Azərbaycan Xalqı üçün hələ çox işlər görəcək!"

Bu gün, təxminən iki ildir bütün varlığımla inandığım, İslahat komandası adlandırdığım insanlardan birinin, Prezidentin köməkçisi Hikmət Hacıyevin doğum günüdür. Hikmət bəyi, təbrik edib ona can sağlığı və həyatda uğurlar arzulayıram!

Çoxları bu gün Hikmət bəy və komandanın digər üzvlərinin gördüyü işlərin az bir hissəsini görürlər. Bilin ki, onların gördükləri çox işlər var. Ancaq tək gördükləri işlərə görə qədirbilən Xalqımız onlara yüksək qiymət verir və bir daha göstərir ki, bu Xalqın tayı-bərabəri yoxdur, sadəcə ona dəyər vermək, ona güvənmək və arzu-istəklərini həyata keçirmək lazımdır.

Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu Komanda Azərbaycan Xalqı üçün hələ çox işlər görəcək!

* Hikmət Hacıyevin rəsmi tvitter səhifəsi - https://twitter.com/HikmetHajiyev 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !