Koronavirusu 99 faiz məhv edən örtük istehsal olunub -

Koronavirusu 99 faiz məhv edən örtük istehsal olunub

Türkiyənin “Yıldız” holdinqinə məxsus “Polinas” şirkəti koronavirusu 99,2% məhv edən qoruyucu örtük istehsal edib.

Publika.az xəbər verir ki, bu barədə şirkətdən verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, bakteriya və viruslara qarşı effektivliyi təsdiqlənmiş gümüş ion tərkibli örtüyə “BOPP AB1F1/30µ” adı verilib.

Örtük “Antimikrob Ar-Ge” və Biosidal Analiz Mərkəzində analiz olunub. Laboratoriya nəticələrinə əsasən, örtük 24 saat sonra səthindəki koronavirusu 99,2% öldürüb.

Yeni örtük səhiyyə və qida başda olmaqla, bir çox sektorda istifadə oluna bilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !