ÜST-dən açıqlama: - bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!

ÜST-dən açıqlama: bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!

Hidroksiklorokin, lopinavir, interferon və remdesivir dərmanları (sonuncusu Rusiyada bu yaxınlarda qeydə alınıb) koronavirus xəstələrinə praktik olaraq heç bir təsir göstərmir.

Publika.az xəbər verir ki, belə nəticələrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri gəlib. Bu barədə “Financial Times” məlumat yayıb.

COVID-19 müalicəsi alan 11 mindən çox insanın məlumatlarının analiz edildiyi qeyd olunur. ÜST ekspertlərinin sözlərinə görə, bu dərmanlar ölüm səviyyəsinin azalmasına təsir göstərmir və süni nəfəs aparatlarına qoşulan xəstələrin sayını azaltmır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !