Hikmət Hacıyev özünün Twitter hesabında yazdı- - Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün

Hikmət Hacıyev özünün “Twitter” hesabında yazdı- Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün

 Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi atteşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.

 

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

“Diplomatik korpus və hərbi atteşelerlə Gəncəyə gedirik. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, deyə H.Hacıyev yazıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !