Baş Prokurorluq: - 13 nəfər həlak olub. Onlardan 3 nəfəri azyaşlı, 4 nəfəri qadın, 6 nəfəri isə kişidir.

Baş Prokurorluq: 13 nəfər həlak olub. Onlardan 3 nəfəri azyaşlı, 4 nəfəri qadın, 6 nəfəri isə kişidir.

 Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərdən 3 nəfəri azyaşlıdır.

 

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində 13 nəfər həlak olub. Onlardan 3 nəfəri azyaşlı, 4 nəfəri qadın, 6 nəfəri isə kişidir. Hadisə nəticəsində 48 nəfər ağır xəsarətlər alıb ki, onlardan 23-ü kişi, 20-si qadındır. Xəsarət alanların 5 nəfəri isə azyaşlıdır. İki uşaq isə itkin düşüb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !