Bahar süjetləri IV açıq həvəskar fotoşəkilləri müsabiqəsi elan edilmişdir -

“Bahar süjetləri” IV açıq həvəskar fotoşəkilləri müsabiqəsi elan edilmişdir

Rusiya MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Azərbaycan nümayəndəliyi Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və Rusiyanın ölkəmizdəki səfirliyi ilə birlikdə Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramına həsr olunmuş “Bahar süjetləri” IV açıq həvəskar fotoşəkilləri müsabiqəsi elan etmişdir.
Müsabiqədə müxtəlif ölkələrin nümayəndələri iştirak edə bilər. Fotomüsabiqənin qalibləri xatirə hədiyyələri və diplomlarla mükafatlandırılacaqlar. Daha maraqlı fotoşəkillər Rusiya və ya beynəlxalq müsabiqələrə göndərilə bilər.
Müəllif fotoşəkillərini martın 15-dək Rusiya İnformasiya-Mədəni Mərkəzinin Bakı şəhəri, Xocalı prospekti 1178-ci məhəllədə yerləşən binasına CD diskdə və ya riccbaku@gmail.com elektron ünvanına “Bahar süjetləri” müsabiqəsinə” qeydi ilə göndərmək olar.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !