MİRAS Beynəlxalq Ana dili gününü Bakı Slavyan Universitetində keçirdi -

MİRAS Beynəlxalq Ana dili gününü Bakı Slavyan Universitetində keçirdi

21 fevral – Beynəlxalq Ana Dili günü münasibətilə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Bakı Slavyan Universitetində “Azərbaycanın reliktiv dilləri” mövzusunda elmi seminar keçirib.
Seminarda Azərbaycanın qafqazdilli xalqları haqqında danışılıb, həmin xalqların dilləri və xüsusən, iber-qafqaz dillərinin fonoloji bazaları haqqında “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Gürcüstan üzrə rəsmi təmsilçisi, Tbilisi Dövlət Universitetinin tələbəsi və oradakı Qafqazşünaslıq İnstitutunun tədqiqatçısı Elnur Əliyev məruzə edib.
Məruzəçi deyib ki, Azərbaycanın qafqazdilli əhalisi sırasına ləzgi, xınalıq, buduq, qrız, udi, saxur, avar və ingiloylar aiddir (axvax və rutulları da bu siyahıya əlavə etmək olar). Bu dillərin əksəriyyəti ya yazısız, ya da bu dillərdə özünə əlifba təsdiq etməmiş dillərdir. Qrammatikaları çox zəif öyrənilmiş bu dillərin əksəriyyəti UNESCO tərəfindən tərtib edilmiş “Təhlükə altında olan dillərin xəritəsi”nə əlavə olunub. Əhalinin sayının azalması, habelə dərsliklərin, qrammatika kitablarının, folklor, ədəbiyyat və mədəni irs nümunələri haqqında öz dillərində çap olunmuş elmi və ya publisistik əsərlərin azlığı bu dillərin məhv olmasına səbəb olur. Təəssüf ki, AMEA Dilçilik İnstitutunda qafqaz dilləri üzrə mütəxəssislər yoxdur. Gürcüstan, Amerika, Fransa, Almaniya, Rusiya kimi ölkələrdən linqvist alimlər bu dilləri öyrənmək və tədqiq etmək üçün qısa və uzun müddətli ekspedisiyalar keçirirlər. Seminar çərçivəsində iştirakçılara qafqaz dillərinin özəllikləri, dünyanın başqa heç bir dilində rast gəlinməyən fonemləri qısa formada çatdırılıb.
BSU-nun elmi işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Əliyev azərbaycanşünaslığın dünyada elm kimi təşkilatlanmasına göstərilən diqqətdən və Universitetin xarici ölkələrdə yeni kafedra və mərkəzlərin açılmasında göstərdiyi fəallıqdan danışmış, gənc tədqiqatçı Elnur Əliyevə məsləhət və tövsiyyələrini vermişdir.
BSU-nun Jurnalistika fakultəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aynur Bəşirli, BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Şirinbəy Əliyev, müəllimlər və tələbələr mövzu ilə bağlı çıxış etmiş, müzakirəyə qoşulmuşlar.
Sonda MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli yaradılan şəraitə və aparılan geniş müzakirəyə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirdi. Birliyin reliktiv dillərlə bağlı sənədli film çəkilişlərinə başlamaq niyyəti haqqında məlumat verdi.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !