Günəş rəsm studiyasının açıq səyyar dərsi keçirilib -

“Günəş” rəsm studiyasının açıq səyyar dərsi keçirilib

AzPRESS xəbər verir ki, 23 fevral 2011-ci il tarixli 46-20-11073/16 saylı “Azərbaycan gəncliyi dövlət proqramında” məktubuna əsasən Azərbaycan Milli İncəsənət , Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət dövlət muzeylərin köməyi ilə səyyar dərslər keçirilir.
Belə dərslərdən birini 21 fevral 2012-ci il tarixində Milli İncəsənət Muzeyində Bakı Şəhər 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində fəaliyyət göstərən “Günəş” uşaq rəsm studiyası təşkil edib. Studiyaya Rəssamlar İttifaqının üzvi Naqiyə Rzayeva rəhbərlik edir. Açıq səyyar dərsi muzeydə nümayiş etdirilən ekspozisiya ilə tanışlıqnan başlandı. Gözəl səyyahətdən sonra studiyanın 12 üzvi məşğələ üçün seçilən zalda öz rəsmlərini işləyiblər. Dərs uşaqların valideynlərinin, muzey işçilərinin və digərlərinin marağına səbəb olmuşdur. Səyyar dərs uğurla nəticələnib.
“Günəş” rəsm studiyasının üzvləri və rəhbəri Milli İncəsənət Muzeyi rəhbərliyinə, xüsusən elmi katib Məmmədova Gülyana xanıma və ekskursovod Hüseynova Naziləyə minnətdarlığını bildirirlər.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !