Gənc pianoçunun böyük uğuru -

Gənc pianoçunun böyük uğuru

2012-ci ilin 19-25 fevral tarixlərində Serbiya Respublikasının Belqrad şəhərində keçirilmiş IX Beynəlxalq Musiqi Müsabiqəsində Azərbaycan Respublikasını Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə şagirdi, Gənc pianoçuların respublika müsabiqəsinin (Bakı, 2009) I dərəcəli Diplomunun, Friderik Şopen adına gənc pianoçuların festivalının (Bakı, 2010) II dərəcəli Diplomunun sahibi 13 yaşlı Atabala Manafzadə təmsil etmişdir.
Doqquz ölkədən (Azərbaycan, Rusiya, Avstriya, İspaniya, Slovakiya, Xorvatiya, Makedoniya, Bolqarıstan) 160 nəfər iştirakçının qatıldığı 5 yaş qrupu üzrə keçirilən müsabiqədə Atabala Manafzadə fortepiano aləti üzrə öz yaş qrupunda və öz yaşından yuxarı qrupda iştirak etmişdir.
Münsiflər heyətinin qərarı ilə A. Manafzadə hər iki kateqoriya üzrə ayrı-ayrılıqda baş mükafatlara – birinci dərəcəli diplomlara və Beynəlxalq müsabiqənin laureatı adına layiq görülmüşdür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !