Gənc azərbaycanlı virtuoz musiqiçi Madriddə keçirilmiş müsabiqənin qalibi olmuşdur -

Gənc azərbaycanlı virtuoz musiqiçi Madriddə keçirilmiş müsabiqənin qalibi olmuşdur

Türkiyənin Bilkənd Universiteti musiqi liseyinin şagirdi, gənc azərbaycanlı virtuoz musiqiçi Elvin Xoca Qəniyev martın 18-dən 23-dək Madriddə keçirilmiş “Noche en Madrid” Beynəlxalq müsabiqəsinin qalibi olmuşdur.
İspaniya, İsrail, İtaliya, Yeni Zelandiya, Rumıniya, Meksika, Yunanıstan, Serbiya, Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Türkiyə və Çindən gəlmiş 53 ifaçının arasında birinci mükafata layiq görülən Elvin Xoca Qəniyev dünya şöhrətli musiqiçi Yuri Nasuşkin-Labovskinin sədrlik etdiyi münsiflər heyətinin yekdil qərarı ilə qalib elan olunmuşdur.
Gənc istedadların “Qızıl kitabı”na daxil edilmiş və Prezident təqaüdçüsü olan istedadlı musiqiçi bu ilin sentyabrında İsveçrədə keçiriləcək skripkaçıların Beynəlxalq Çaykovski müsabiqəsində də iştirak edəcəkdir.(AzərTAc).

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !