Bakı Şəhəri ümumtəhsil məktəblərinin məktəbliləri arasında keçirilən Ekoerudit ekoloji breyn-rinq bilik yarışının yarımfinalı keçirilib -

Bakı Şəhəri ümumtəhsil məktəblərinin məktəbliləri arasında keçirilən “Ekoerudit” ekoloji breyn-rinq bilik yarışının yarımfinalı keçirilib

AzPRESS xəbər verir ki, martın 28-də Bakı Şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi mərkəzində 28 fevral 2012-ci ildə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında “Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilər arasında ekoloji maarifləndirməni gücləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə təqdim olunmuş əsasnaməyə uyğun olaraq “Ekoerudit” ekoloji breyn-rinq yarışı keçirilmişdir. Yarışda 26 tam orta məktəb və Uşaq yaradıcılıq mərkəzləri iştirak etmişdilər. Breyn-rinqdə yeddi məktəb və bir UYM növbəti yarım finala keçmişlər. Yarımfinal mərhələsinə keçən məktəblər 116 saylı məktəb Yaşıllar ,114 saylı məkktəb Kainat ,111 saylı məktəb Oazis ,164 saylı məktəb Rüzgar ,5 saylı məktəb Host , 46 saylı məktəb Təbiəti sevən qızlar 266 saylı məktəb Oxu ,33 saylı UYM Ekvator komandaları yarımfinal mərhələsinə çıxmışlar. “Ekoerudit” ekoloji brey-rinq yarımfinal mərhələsi 28 mart 2012-ci ildə 46 saylı Məktəbdənkənar Tərbiyə İşi mərkəzində keçirildi.Breyn-rinqdə Davamlı İnkişaf Cəmiyyətinin sədri Fikrət Məmmədov,Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya idarəsinin Təbliğat şöbəsinin şöbə müdiri Füzuli Məmmədov,təbliğat şöbəsinin nümayəndələri, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini Lalə Dadaşova,Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev iştirak etmişlər.Yarış 116, 111, 114, 266, 46,5, 164 saylı məktəblər arasında keçirildi.Yarışdan öncə Mərkəzin fəalları Həşimzadə Nərgiz və Həşimzadə Süleyman “Meşə ilə dialoq” adlı səhnəcik göstərdilər.Səhnəcik münsiflər heyəti və uşaqlar tərəfindən alqışla qarşılandı.Breyn-rinq bilik yarışının final mərhələsinə 116 Yaşıllar(119,5 bal), 164 Rüzgar(115,5 bal), 266 Oxu(84), 114 Kainat(82 bal) yüksək ballarla final mərhələsinə vəsiqə almışlar. Breyn-rinq bilik yarışının final mərhələsi Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya idarəsinin dəstəyi ilə Qala kəndində keçiriləcəkdir. Tədbirin təşkilatçısı Ekologiya şöbəsinin söbə müdiri Sevda Əsgərova.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !