Sumqayıtda "Lətifələrimiz, uşaqların rəsmində" adlı rəsm müsabiqəsi -

Sumqayıtda "Lətifələrimiz, uşaqların rəsmində" adlı rəsm müsabiqəsi

Azpress xəbər verir ki, 06 aprel 2012-ci il tarixində Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizim İdarəsi, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Sumqayıt komitəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşəbbüsü ilə "Lətifələrimiz, uşaqlarin rəsmində" adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd orta məktəblərlə əlaqə yaratmaq, istedadlı, yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onlarda şifahi xalq ədəbiyyatına yəni lətifələrimizə, nağıllarımıza olan marağı daha da aşılamaqdan ibarətdir.
Müsabiqə rəsm nominasiyası üzrə 2 yaş qrupunda:
8-12 və 14-16 yaş qrupları arasında keçirildi.
Sərgi müsabiqədə Sumqayıt şəhərində yerləşən M.Quliyev adına 3 №-li tam orta məktəb, N.Tusi adına 12 №-li tam orta məktəb, Təffəkkür liseyi və H.Z.Tağıyev qəsəbəsində yerləşən Ə.Bakıxanov adına U.İ.M.-nin şagirdləri iştirak edirdilər. Sərgidə gənc rəssamların müxtəlif janrlarda (natürmort, mənzərə ) işlədiyi 11 ədəd rəngkarlıq və iştirakçı məktəblərin şagirdlərinin mövzu baxımından rəngarəng 32 ədəd rəsm işləri nümayiş etdirildi.
Sərgi zamanı 16 şagird molbert üzərində sərbəst mövzu əsasında çəkdikləri rəsm işlərində əsasən azərbaycan şifahi xalq ədəbiyyatının lətifə qəhramanlarının obrazlarını təsvir etmişdilər.
Müsabiqədə qalib gəlmiş məktəblilər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırıldı.
Münsiflər heyətinin tərkibi;
Sumqayıt şəhərinin baş rəssamı V. Nəzirov
Dövlət Rəsm Qalereyasının direktoru E.Həsənova
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin inspektoru C. Axundova

Foto
Xaqani Əzizovundur
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !