Şeyda Haqverdiyevanın fərdi milli mətbəx sərgisi. -

Şeyda Haqverdiyevanın fərdi milli mətbəx sərgisi.

Azpress xəbər verir ki,21 aprel 2012-ci ildə Qubadlı rayon Aşağı Mollu kənd tam otra məktəbində texnologiya müəlliməsi Şeyda Haqverdiyevanın H.Əliyevin 89-cu il dönümü münasibətilə Azərbaycan milli mətbəx mədəniyyətinin milli kaloritləri nümayiş etdirildi.
Zəngin tarixi və böyük naliyyətləri ilə dünyada tanınan Azərbaycan milli mətbəxi milli mədəniyyətimizin mühüm tərkib hissəsidir.
Azərbaycan mətbəx mədəniyyətimiz coğrafi baxımdan tarixən geniş bir şəkildə yayılmış, Azərbaycanlıların qədimdən yaşadıqları müxtəlif əraziləri əhatə etmişlər Azərbaycan milli mətbəxinin tarixi xalqımızın tarixi qədər qədimdir.Ölkəmizin uzaq keçmişə və yüklsək dərəcədə inkişaf etmiş mədəniyyətə malik olması onun mətbəxində də öz əksini tapmışdır. Azərbaycan xörəklərinin adlarına qədim və orta əsrlərin mənbələrində rast gəlmək olur. Azərbaycana zaman-zaman gəlmiş səyyahların yol qeydlərində və xatirələrində də Azərbaycan mətbəxinin zənginliyindən xəbər verən çox sayda faktlar yer alır.
Azərbaycan mətbəxinin zənginliyi ilk növbədə 9 iqlim qurşağının mövcudluğu ilə bağlıdır.
Qidalanma mədəniyyətimiz milli mədəniyyətimizin ayrilmaz hissəsi hesab edən qədim azərbaycanlılar hər bir xörəyin faydalı olmasıyla bərabər, eyni zamanda estetik cəhətdən gözoxşayan və ləzzətli olmasına da xüsusi diqqət yetirmişlər. Azərbaycan mətbəxi ceşidinə görə də son dərəcə əlvandır.Ölkəmizin hər bölgəsinin bir-birindən ləziz yemək növləri vardır.
Milli mətbəx mədəniyyətimizə xüsusi kalorit verən həmin yeməklər ümumən Azərbaycan mətbəx mədəniyyəti ənənələrinin zənginliyi deməkdir. Azərbaycan milli mətbəx mədəniyyəti indiki dövrümüzdə də çox geniş inkişaf etmişdir.
Milli mətbəximiz texnologiya müəlliməsi Şeyda Haqverdiyevanın rəhbərliyi ilə şagirdlər tərəfindən cox yüksək keyfiyyətlə hazırlandı və münsifllər tərəfindən qiymətləndirildi. Tort və salatlar Şeyda müəllimənin resepti əsasında hazırlanmışdır. Sonda qaliblərə fəxri diplomlar verildi

Foto
Xaqani Əzizovundur..

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !