İslam Dünyasıi gənclərinin Klassik Musiqi Ifaçılarının 1-ci beynəlxalq müsabiqəsi -

“İslam Dünyasıi gənclərinin Klassik Musiqi Ifaçılarının 1-ci beynəlxalq müsabiqəsi”

ISESCO-nun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2012-ci ilin aprel ayının 27-28-də Bakıda “İslam Dünyasıi gənclərinin Klassik Musiqi ifaçılarının 1-ci beynəlxalq müsabiqəsi” keçiriləcəkdir. Müsabiqədə 20 yaşınadək gənclərin qatılacağı müsabiqədə 28 ölkənin (Türkiyə, Misir Ərəb Respublukası, Mərakeş, Küveyt, Qazaxstan, Özbəkistan, Rusiya (Tatarstan), Azərbaycan) istedadlı gənci finala çıxmaq uğrunda iki yaş qrupu üzrə beynəlxalq münsiflər heyəti qarşısında çıxış edəcəklər

Qeyd edək ki, yarış Bakı Musiqi Akademiyasının iştirakı ilə, “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil edilir.Finalçıların Qala-konserti və qaliblərin mükafatlandırılma mərasimi 2012-ci ilin aprel ayının 28-də saat 1900-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !