Beynəlxalq İnformatika Olimpiadaları kitabının təqdimatı olmuşdur -

“Beynəlxalq İnformatika Olimpiadaları” kitabının təqdimatı olmuşdur

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Beynəlxalq İnformatika Olimpiadaları” kitabının təqdimatı olmuşdur.
İsmayıl Sadıqovun bu kitabı Beynəlxalq İnformatika Olimpiadalarında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin 75 illiyinə ithaf olunmuşdur. Nəşrin elmi redaktoru İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevdir.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və digərləri çıxış etmişlər. Bildirilmişdir ki, nəşrdə beynəlxalq olimpiadaların keçirilməsi qaydaları, ümumiyyətlə olimpiada məsələlərı işıqlandırılır.
Kitab dörd bölümdən və əlavədən ibarətdir. Sonluqda BİO-da Azərbaycanı təmsil etmiş məktəblilərin qısa tərcümeyi-halı öz əksini tapmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !