"Brainpool" şirkəti "Bakı Kristal Zalı"nda fəhlənin yaralanması ilə bağlı açıqlama verib -

"Brainpool" şirkəti "Bakı Kristal Zalı"nda fəhlənin yaralanması ilə bağlı açıqlama verib

Azərbaycanda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi üçün "Bakı Kristal Zalı"nda aparılan hazırlıqlar zamanı "Brainpool" şirkətinin səhnədə işləyən işçisi mayın 1-də xəsarət alıb. Bununla bağlı "Brainpool" şirkəti açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə arenada böyük taxta parçaları düşən zaman baş verib. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və ona tibbi baxış keçirilib. Yaralının qohumları dərhal hadisə ilə bağlı məlumatlandırılıb və o, hazırda özünü yaxşı hiss edir.

"Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş xəstənin tezliklə sağalması üçün çalışdıqlarını bildirib. "Hadisə araşdırıldı və belə nəticəyə gəlindi ki, bu, bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq baş verib. Təhlükəsizlik bizim hər zaman əsas prioritetimiz olub" - deyə Yorq Qraboş bildirib.eurovision.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !